Nəşr edilmişdir 03/15/2025

Paylaşın

MEMARLIQ

Ancaq Məkkə və Bakıda olan Cin məscidi

Cin məscidi, Əl-Cin məscidi, Əl-Cin, Məkkə, İçərişəhər, Məscid, Qurani-Kərim, Cin

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.
Baki-baku.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, dosent Zaur Əliyevin həmin məscidlə bağlı araşdırma yazısını təqdim edir:
İçərişəhərdə qeyri adi bir məscid var. Haqqında köhnə bakılılar arasında rəvayətlər dolaşır. Bu dini ibadət yeri Cin məscidi kimi qeydiyyata alınıb. Qeyd edim ki, onu Çin məscidi ilə səhv salırlar çox zaman. Qazi Fəzlullah bin Osman məscidi və ya Çin məscidi tamam başqa bir tikilidir. Diqqətimi cəlb edən Cin məscidi dünyada Məkkə şəhərindən sonra ancaq Azərbaycanın qədim şəhəri Bakıda olmasıdır. Məkkədə yerləşən Əl-Cin məscidi bu şəhərdəki məşhur və qədim məscidlərdən biri hesab olunur. Məscidin Əl-Cin olaraq adlandırılması isə Quranda olan “Cin” surəsi ilə bağlıdır. Cinlər məscidi Məkkədə Cənnətül-Muəlla məzarlığından Məscidül-Hərama gedən yolun sağında yerləşir. Bu yer Fərhadiyyə adlanır və Məscidül-Həramdan 2 km şimaldakı təpəlikdədir. Bu barədə əfsanələr çoxdur, təsdiqini tapmayan mənbəni də yazmaq istəmirəm.
Burda sual ortaya çıxır. Məkkədən sonra Bakı şəhərində, qədim İçərişəhərdə bu adla məscidin tikilməsi nəyə lazım idi? Əvvəlcə qeyd edim ki, İçərişəhərdə bir tikili var, çox heyf ki, sovetlər orada olan fikrimizi təsdiq edən əşya və abidələri söküblər, amma bu yer Məkkənin alternativi idi. İslamın dəyərli alimləri uzaq yol gəlib Məkkəni ziyarət edənlər üçün əziyyət olmasın deyə Bəkkə adlandırdıqları Bakıda – İçərişəhərdə yerləşən bu yeri ziyarət etməyi tövsiyə ediblər. Hesab edirəm ki, Məkkə rəhbərlərinin Bakı şəhərində alternativ tikililərin yaradılmasına şərait yaratması buranın xüsusi mistikası olması ilə yanaşı əsrlər boyu Məkkənin Şərq və Qərb qapılarının Peyğəmbər (s) dövründən təyin edilən hakimləri olan iki Azərbaycanlının da rolu olub. Bir neçə əsr bu iki Azərbaycanlının ailəsi Səudlar hakimiyyətə gələnə qədər qədim Məkkənin hər iki qapısına nəzarət edilən sistemin hakimləri olublar.

Cin məscidi, Əl-Cin məscidi, Əl-Cin, Məkkə, İçərişəhər, Məscid, Qurani-Kərim, Cin


Məhz Cin məscidinin Məkkədən sonra Bakıda olması da bu səbəblə bağlı ola bilər. Məscid Şirvanşahlar saray kompleksinə daxil olub Şərq darvazasının aşağı hissəsində yerləşir. Məscidini fasadı üzərində epiqrafik yazı mövcud deyil. XVI əsrdən etibarən isə məhəllə məscidi rolunu oynayıb. Planda uzadılmış dördbucaq şəkildə olan bu bina, çatma formalı daş qübbə ilə örtülmüş birkameralı ibadət zalını təşkil edir. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilib. Əsas fasadı assimetrik olan məscidin sərt, irihəcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilib. Məscidin portalı klassik formaya malikdir. Xarici fasadı və interyeri yaxşı tərtib olunub. Onların bəzək elementləri giriş və pəncərə açırımlarının sadə şəkildə haşiyə, seyrək yerləşdirilmiş ornamentli medalyonlardan təşkil edilib.
Çox maraqlıdır ki, Qurani-Kərimdə “Məscidlər (məbədlər) Allaha məxsusdur” sözləri məhz “Cin” surəsi 18-ci ayədə qeyd edilir. Mistika axtarmıram, sadəcə maraqlı görünür.
Məscidi incələyən zaman yaşlı bir neçə içərişəhərli ilə həmsöhbət oldum. Onlar bu günə qədər təmir olunmasına baxmayaraq, məscidin açılmamasından narazılıq etdilər. Yaşlı insanlar uzun zamandır bu kiçik, lakin tarixi məscidin qapalı qalmasının səbəbini də bilmirlər. Əliağa Vahidin heykəlinin yanında yerləşən bu qədim tikiliyə baxıb incələdiyim zaman yerli sakinlərdən belə bir əfsanə eşitdim.
“Bakıda sovet dövründə bir vətəndaş bu məscidin axşam yanından keçəndən sonra evə gəlir, təcili yardım çağırılır onun üstünə. Polis ifadə alan zaman qadın belə deyir:
“Axşam işdən qayıdırdım və bu məscidin yanından keçdim və bir növ gülüş səsi eşitdim. Kiçik bir pəncərə vardı, ora baxdım, cinləri gördüm”.
Bu hadisədən sonra yerli sakinlər Bakı Sovetinə müraciət edirlər ki, məscidi söksünlər. Lakin o, qorxusundan sökməyib ki, cinlər ona ziyan vurar.”
Əlbəttə, bu rəvayətdir və təsdiqini tapmayan hekayədir.
Qaynaqlarda və arxivlərdə məscid barədə məlumat çox azdır. Lakin güclə olsa da belə bir məlumat öyrənə bildim. Məscid Fəddalah İmam Osman Şirvani oğlu tərəfindən Bakıda tikilib. Təxmini tikilmə tarixi 1375-ci ilə təsadüf edir. 1772–1773-ci illərdə təmir edildiyi üçün onun tarixini məhz XVI-XVII əsrdən götürülər.
Məsciddə heç bir mistika mövcud deyil.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Ən son

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.