Nəşr edilmişdir 03/14/2025

Paylaşın

GÜNDƏM

Bakıdan Səmərqəndə uçuşlar bərpa edilir

Səmərqəndə uçuşlar, Səmərqənd, Bakı-Səmərqənd-Bakı, AZAL, Təyyarə, Aviareys

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) aprelin 1-dən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir.
Baki-baku.az AZAL-a istinadən xəbər verir ki, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.
Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən