Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2025

Paylaşın

GÜNDƏM, SİYASƏT

Prezident İlham Əliyev Roma Papasını təbrik edib

Prezident İlham Əliyev Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
Baki-baku.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir.
Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə Sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar arasında qarşılıqlı anlaşmanın təşviqində oynadığı rolunu daim təqdir etməyinizə görə Sizə minnətdaram.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr bundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqun genişlənməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına və möhkəmlənməsinə, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Azərxalça" Xalça Sərgi Salonunda xalçaların toxunma

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin