Nəşr edilmişdir 03/11/2025

Paylaşın

GÜNDƏM

Bu gün Yel çərşənbəsidir

20250311_093100

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Baki-baku.az xatırladır ki, Yel çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən üçüncüsüdür. Xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Badi (külək) çərşənbə”, “Nəfəs çərşənbə”, Muğanın bir sıra kəndlərində isə “Heydər çərşənbə” adlandırılır. İnanclara görə, bu gün əsən küləklər torpağı hərəkətə gətirir, təbiətə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə bəzən də “yelli-küləkli” çərşənbə deyirlər
Bu çərşənbədə tonqal qalamaq, onun üzərindən atlanmaq, evləri təmizləmək və bayrama hazırlıq görmək ənənədir. İnanclara görə, Yel çərşənbəsində əsən küləklər insanın ağrı-acısını alıb aparır. Başqa bir inanca görə isə Yel çərşənbəsində külək arzuları göylərə qaldırır. Buna görə də bu axşam niyyət tutanlar çox olur.

Yel çərşənbəsi günü şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.

Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, martın

Ən son

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da