Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/10/2025

Paylaşın

GÜNDƏM

“Harri Potter”in məşhur aktyoru vəfat edib

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib.

Baki-baku.az bu barədə onun agenti Kim Berrinin Metro.co.uk saytına açıqlamasına verdiyi məlumata əsasən xəbər verir.

Məlumata görə, hələlik ölümün səbəbi açıqlanmır.

Berri aktyorun ailəsinə və pərəstişkarlarına başsağlığı verib. O bildirib ki, təkcə müştərisini deyil, həmçinin 15 il ərzində münasibət saxladığı dostunu da itirib.

Agentin sözlərinə görə, aktyor ona olduqca böyük köməklik edib, xeyirxah, həssas və başqalarının problemləri ilə maraqlanan insan olub. Aktyorluq bacarığı ilə yanaşı, Berri Saymonun natiqlik qabiliyyətini də xüsusi qeyd edib.

Saymon Fişer-Bekker 1990-cı ildə “Romanın yeddi təpəsi” filmində “Mağaza meneceri” rolunu oynayaraq filmdə debüt edib. Lakin o, daha çox “Harri Potter və fəlsəfə daşı” filmindəki “Kök keşiş” obrazı ilə şöhrət qazanıb. Aktyor, həmçinin “Doctor Who” (“Doktor Kim”) serialında yadplanetli qara bazar alverçisi Dorium Meldovarı da canlandırıb.

Fişer-Bekkerin filmoqrafiyasına 30-dan çox rol daxildir. Kinodan əlavə, o, teatrda da oynayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Lissabondakı “Eştadiu da Luş” stadionunda keçiriləcək “Benfika” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start

Ən son

Спорт

Как сообщает “Baki-baku.az” со ссылкой на “Portugual.net”, об этом заявил президент «Бенфики» Руй Кошта.

Спорт

Как сообщает “Baki-baku.az” со ссылкой на “Portugual.net”, об этом заявил президент «Бенфики» Руй Кошта.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin