Nəşr edilmişdir 03/05/2025

Paylaşın

MEMARLIQ

Acığa tikilən, tarixdə qalan, iki məzhəbi birləşdirən Göy məscid

IMG-20250305-WA0111

Məscid, ziyarətgah, ocaqlarla zəngin Bakı

Bakı ən qədim dövrlərdən dini məbədlərin əsas ocağı olub. Lap ilk dinlər, inanclar yaranandan bəri müxtəlif dövrlərdə bu məkanda müəyyən dini məbədlər, ocaqlar mövcud olub. Bu gün də paytaxtımızda yeni ibadət məkanları – məscidlər, ziyarətgahlar tikilir. Elə vaxt da, indi də bu işdən ötrü ölkənin ən yaxşı memarları işə cəlb olunur. Çünki məscidlərin gözəlliyi həm də şəhərin gözəlliyinin bir hissəsidir. Həm Bakının dindar qisminin bir yerə toplaşaraq ibadət etməsi, həm də şəhərin ümumi gözəlliyinə bir naxış qatmaq üçün məscidlər tikilirdi. Bakının ən məşhur və tikilmə tarixçəsinə görə çox maraqlı olan bir məscidi var. Əlbəttə ki, bu Səməd Vurğun küçəsində yerləşən Göy məsciddir.
Baki-baku.az Göy məscidin tikilmə tarixini vərəqləyir.
Göy məscidi 1912–1913-cü illərdə Bakının tanınmış xeyriyyəçisi Əjdər bəy Aşurbəyov tikdirib. Memarlıq üslubuna görə, simvolik görünüşə malik, həm Kərbəladakı məscidi, həm Məkkədəki Kəbə evini xatırladan bu məscidin memarı görkəmli şəxsiyyət Zivər bəy Əhmədbəyov olub.

İki məzhəbin bir yerdə namaz qıldığı məkan

Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı də adlandırılıb. Bunun səbəbi isə çox gözəl bir məqsəddir. Əjdər bəy Aşurbəyov məscidi tikdirərkən bura gələn İslam dininin hər iki məzhəbindən olan insanların – şiə və sünnilərin heç bir maneə olmadan birlikdə namaz qılması kimi bir məramı olub. Bura müsəlmanların birlikdə namaz qıldıqları yeganə məkan olub. Və elə buna görə də məscid həm də “İttifaq” adlandırılıb. “Göy məscid” adı isə tikilinin günbəzinin göy rəngdə olması ilə əlaqədar idi. Əjdər bəy rəhmətə getdikdən sonra məscidə onun adı da əlavə olunur. Qeyd edək ki, onu məscidin girişində dəfn ediblər.

“Gedin, özünüz bir məscid tikdirin” – məscidin tikilmə tarixçəsi

Məscidin tikilmə tarixçəsi çox maraqlıdır. nəsillərdən-nəsillərə keçən bu hekayəyə görə, Bakı xeyriyyəçisi Nabat xanım Xocabəy qızı Rzayeva (Aşurbəyli) Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona maddi köməklik göstərmək istəyir. Nabat xanım isə yardımdan imtina edərək, cavabında, “əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin”, – deyib. Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Göy məscidin əsası qoyulur. 1913-cü ildə tikinti işləri yekunlaşır və o, istifadəyə verilir.

Repressiyaya təkcə insanlar deyil, məscid də məruz qaldı


Sovet hakimiyyəti illərində təkcə insanlar deyil, həmçinin dini məkanlarımız da repressiyadan əziyyət çəkiblər. Onlardan biri elə Göy məscid olub. Belə ki, onu bağlayıblar, hətta Böyük Vətən müharibəsi illərində müxtəlif məqsədlər üçün məkan kimi istifadə ediblər. Müharibə bitdikdən sonra Bakıda yaşayan müsəlman tatarlar məscidin yenidən ibadət məkanına çevrilməsi üçün müraciət ediblər. Və ondan sonra onların müraciətinə müsbət cavab verilir və məscid yenidən müsəlmanların üzünə açılır.

3000 insan eyni zamanda ibadət edə bilər – yenidən qurulan Göy Məscid

Azərbaycan Prezidenti İlham Əliyev Əjdərbəy məscidinin bərpası məqsədilə sərəncamlar imzalamış, 2007-ci ilin aprel ayından başlayan təmir-bərpa işləri 2011-ci ilin dekabrında başa çatıb və məscidin Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olub.
Hazırda məsciddə eyni anda ümumilikdə 3000 yaxın insan ibadət edə bilər. Ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində ibadət üçün xüsusi sahə də ayrılıb.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ən son

GÜNDƏM

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib. Baki-baku.az bu barədə onun agenti Kim Berrinin

GÜNDƏM

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib. Baki-baku.az bu barədə onun agenti Kim Berrinin