Nəşr edilmişdir 03/01/2025

Paylaşın

GÜNDƏM

Füzulinin 530 illik yubileyinə töhfə olan ikicildlik kitab təqdim olunub

ikicildlik kitab təqdim olunub, Məhəmməd Füzuli, Şair, Şeir, Kitab, Azərnəşr

Beynəlxalq Muğam Mərkəzində bp poeziya dünyasının zirvələrindən biri olan, insanın hiss və duyğularının dərinliyini poeziya dilində bənzərsiz ifadə etmiş nəhəng söz ustası Füzuli haqqında ikicildlik kitab təqdim edib.
Baki-baku.az xəbər verir ki, kitab dahi şairin 530 illik yubileyinə töhfədir. Kitabın tərtibçisi və redaktoru Fərid Hüseyn, layihənin icraçısı Azərbaycan dövlət nəşriyyatı – “Azərnəşr”dir.
Yeni təqdim olunan 900 səhifəlik bu kitab Füzuli haqqında və ya ona həsr olunmuş 220-dən çox ədəbi əsəri, eləcə də orta əsrlərdən bəri Füzuli əsərlərinə çəkilmiş miniatür illüstrasiyalar da daxil olmaqla, 100-ə yaxın milli və beynəlxalq rəssam tərəfindən yaradılmış təxminən 230 portret və rəsm əsərini özündə birləşdirir.
Tədbirdə Xalq yazıçısı Anar, Mədəniyyət Nazirin müavini Fərid Cəfərov, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digərləri çıxış edib. Tarda Səxavət Məmmədov, kamançada Elvin Novruzovun müşayəti ilə xanəndələr Ayşən Mehdiyeva və Elgiz Əliyev gözəl bir mahnı, həmçinin “Könül qrupu” “Füzuli kantatası”nı yeni variasiyada ifa ediblər.
Bundan başqa, Bakı Bələdiyyə Teatrının aktyorları, həmçinin balaca həvəskar aktyorlar, tanınmış qiraətçilər Füzuli yaradıcılığından kiçik parçaları səhnədə canlandırıblar.
Qeyd edək ki, Kitab Azərbaycanın aparıcı kitabxanalarına, müvafiq akademik və tədqiqat institutlarına, eləcə də universitetlərə bp-nin hədiyyəsidir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən