Nəşr edilmişdir 02/23/2025

Paylaşın

GÜNDƏM

Qarlı havada sakinlər nələrə diqqət etməlidirlər? – AÇIQLAMA

Qar, şaxta, soyuq

Bakıda qışın oğlan çağıdır. Çoxdan gözlənilən qar artıq Bakının küçələrini ağ rəngə bürüyüb. Qarın yağmasından ən çox sevinən, əlbəttə ki, uşaqlardır. Qartopu oynamadan qışın ləzzəti olmaz. Qarın yağması həm də havanın təmizlənməsi, infeksiyaların ölməsi, xəstəliklərin azalması üçün zəmin yaradır. Hər halda, böyüklərimizdən həmişə belə eşitmişik. Amma qarın yağması eyni zamanda özü ilə birgə az problemlər gətirmir. Lakin verilən məlumata görə, qarlı hava şəraiti ilə bağlı aidiyyəti qurumlar bir çox işlər görüb və görməkdədirlər.

Qeyd edək ki, hazırda şəhər və rayon kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xidmətlərin maşın və xüsusi texnikaları növbəli şəkildə küçə və yolları qardan təmizləyir. Öncədən yaradılmış ehtiyat nöqtələrindən götürülən duz yollara daşınılaraq səpilir.

Jalə Əliyeva, qar, soyuq, buz

Hava şəraiti ilə bağlı Əmək və Sosial siyasət Komitəsinin üzvü, deputat Jalə Əliyeva da fikirlərini Baki-baku.az-a bildirib:
“Məlum olduğu kimi hazırda ölkəmizə qar yağır. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti öncədən xəbərdarlıq etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi lazımi tədbirlər görməyə artıq hazır idi. Və bu gün biz görürük ki, şəhər və rayon kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Küçələr, yollar qardan təmizlənir, müvafiq yerlərə duz səpilir. Həmçinin insanların intensiv hərəkət etdiyi səkilər də diqqət mərkəzindədir. İnsanların təhlükəsiz şəraitdə hərəkət etmələri üçün lazımi tədbirlər görülür. Yəni aidiyyəti qurumlar hava şəraitinin yaratdığı fəsadları tam gücü ilə aradan qaldırmağa çalışırlar. Amma “tək əldən səs çıxmaz” deyiblər. Gərək sakinlər, idarə, təşkilat və müəssisə işçiləri özü də əl birliyi ilə öz köməkliyini əsirgəməsin. Ən azından öz evinin, öz işinin kandarını, küçəsini qardan təmizləsə, bu da bir kömək, bir dəstək olar. Mən bu qarlı-buzlu günlərdə vətəndaşları diqqətli olmağa, daha çox ictimai nəqliyyata üstünlük verərək, şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə çağırıram. Bundan başqa, ehtiyat tədbirləri də görsünlər. Xüsusən də, yaşlı nəslin nümayəndələri zərurət olmadığı təqdirdə qarlı havada küçəyə çıxmasınlar. Təbii ki, insanlar qar yağan zaman öz məhəllələrində gəzmək, uşaqlar qar topu oynamaq istəyirlər. Bu zaman da ehtiyatlı olmalı, müəyyən qaydalara riayət etməlidirlər”.
Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Artıq bir neçə gündür paytaxta intensiv yağan qarın yenidən başlaması səbəbilə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt

Ən son

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.