Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/22/2025

Paylaşın

GÜNDƏM

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb

IMG-20250222-WA0085

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

Baki-baku.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparırlar.

İlk olaraq batut gimnastikası üzrə kişi və qadınlar arasında fərdi təsnifat mərhələsinin yarışları keçirilir.

Bu növ üzrə Azərbaycanı qadınlarda Dünya Kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova və batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin qızıl medalçısı Şəfiqə Hümbətova, kişilərdə isə dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edirlər. Qeyd edək ki, turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcəklər.

Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları da baş tutacaq. Bu növdə komanda hesabında dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qızıl mükafatçısı Aleksey Karataşov qüvvəsini sınayacaqlar.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, результаты исследования опубликованы в журнале Energy & Environmental Materials

Ən son

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier
Facebook
X (Twitter)
LinkedIn
Email