Nəşr edilmişdir 02/20/2025

Paylaşın

GÜNDƏM

Bakı İrəvan və Tbilisidən ucuz şəhər hesab olunur – Beynəlxalq reytinq

IMG-20250108-WA0018(1)

“Numbeo” məlumat bazası 2025-ci il üçün dünyanın ən bahalı şəhərlərinin siyahısını açıqlayıb.
Baki-baku.az xəbər verir ki, yaşayış dəyəri indeksi ilə bağlı reytinq cədvəlinə İsveçrənin Sürix şəhəri başçılıq edir. İlk üçlüyü də İsveçrə şəhərləri – Lozanna və Cenevrə tamamlayır.
Ən bahalı şəhərlərin ilk onluğunda növbəti yerləri Nyu-York (ABŞ), Bazel (İsveçrə), Bern (İsveçrə), San-Fransisko (ABŞ), Honolulu (ABŞ), Reykyavik (İslandiya), Boston (ABŞ) tutur.
Bakı reytinqdə 252-ci yerdə – Nairobi və Nis şəhərləri ilə yanaşı qərarlaşıb. Rusiyanın paytaxtı Moskva şəhəri Bakıdan iki pillə qabaqda 250-ci yerdədir.
Türkiyənin 6 şəhəri də dünyanın ən bahalı şəhərləri sırasındadır. Qardaş ölkənin müvafiq siyahısına İstanbul 188-ci yerlə başçılıq edir. Ankara, Antalya, İzmir, Bursa, Mersin də yaşayış dəyəri indeksi ilə bahalı şəhər hesab olunur.
Qonşu Tbilisi reytinq cədvəlində 236-cı yerdədir. Maraqlıdır ki, siyahıya görə, Ermənistanın paytaxtı İrəvan Cənubi Qafqazın ən bahalı şəhəridir. 184-cü pillədə yer alan İrəvan nəinki Bakı və Tbilisini, hətta Moskva və İstanbulu da keçib.
Siyahının sonuncu yerlərini ucuzlu şəhərlər kimi Pakistanın Karaçi, Lahor, Misirin Aleksandriya (İsgəndəriyyə), Hindistanın Koimbarot şəhərləri tutur.
Qeyd edək ki, “Numbeo” dünyada həyat keyfiyyəti və dəyəri haqda məlumatlar təqdim edən nəhəng bazadır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 kilometrədək məhdudlaşacaq.

Ən son

GÜNDƏM

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

GÜNDƏM

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.