Nəşr edilmişdir 02/17/2025

Paylaşın

GÜNDƏM

“Baku Flames 2025” üçün iştirak və müraciət qeydiyyatı başladı

flame

2-3 may tarixlərində baş tutacaq “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” sənayenin aparıcı mütəxəssislərini, yaradıcı gəncləri və yenilikçi şəxsləri bir yerə toplayacaq. Təcrübəli peşəkar və ya gənc istedad olmasından asılı olmayaraq festival öz səhnəsində hər kəsə yer verməyi hədəfləyir.

Baki-baku.az xəbər verir ki, artıq festivalın veb-saytı (www.bakuflames.az) fəaliyyətə başlayıb və buradan festival haqqında ətraflı məlumat əldə etmək, beynəlxalq spiker və jüri heyəti ilə tanış olmaq, ən əsası isə festivala bilet almaq və layihə ilə müraciət etmək mümkündür. “Baku Flames”də iştirak etmək istəyənlər aşağıdakı bilet növlərindən birini əldə edərək tədbirdə iştirak haqqı qazanacaqlar:

Klassik: Festival boyunca bütün tədbirlərə, təqdimatlara və partiyə giriş imkanı;

Tələbə: Təhsil alan gənclər üçün yuxarıdakı imkanlarla sərfəli seçim (100 ədəd məhdud sayda);

VIP: Təqdimatlar və digər tədbirlər zamanı xüsusi ayrılmış zonalar, eləcə də netvörkinq imkanları;

“Young Lions”: 30 yaşdan aşağı yaradıcı gənclər üçün Kannda yarışma fürsəti.

Biletlərlə yanaşı, “Baku Flames” ölkədən, eləcə də dünyanın bir çox ölkələrindən layihə müraciətlərini qəbul etməyə başlayıb. Bununla festival öz yaradıcılığı ilə mükafat qazanmaq və regionda tanınmaq istəyən markalar, eləcə də agentliklər üçün xüsusi şans yaradıb. İşlərin qəbulu üçün 4 istiqamət və bunların daxilində 14 kateqoriya, həmçinin yüzlərlə subkateqoriya nəzərdə tutulub. Layihələri isə yerli və qlobal şirkətlərin rəhbərlərindən ibarət jüri heyəti dəyərləndirəcək. Müraciətlər üçün son tarixlər aşağıdakı kimi təyin olunub:

İlk dedlayn: 7 mart 2025

Əsas dedlayn: 21 mart 2025

Son dedlayn: 4 aprel 2025

Münsif heyətinin dəyərləndirməsi: 7-18 aprel 2025

Şortlist elanı: 29 aprel 2025

Mükafatların elanı: 2-3 may 2025

Qeyd edək ki, “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” bu yaxınlarda Özbəkistanın Marketinq Assosiasiyası tərəfindən reytinq siyahısına daxil edilib. Başqa sözlə desək, festivalda qalib olan işlər nəinki ölkədə, həmçinin regionda da tanınacaq.

Festival haqqında ətraflı məlumat, eləcə də iştirak haqqı qazanmaq, müraciət etmək və əməkdaşlıq təklifləri üçün “www.bakuflames.az” ünvanına və aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:

www.bakuflames.az/contact

[email protected]

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Ən son

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.