Nəşr edilmişdir 02/07/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib

IMG-20250207-WA0113

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Baki-baku.az xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək.

Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2.0-3.0 m. sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) verilən məlumata görə isə, hava şəraiti ilə əlaqədar qurumun gəmilərinin fevralın 10-u günün birinci yarısından etibarən fəaliyyətlərini yenidən bərpa etmələri gözlənilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Günəşdə ən yüksək X sinfinə yaxın güclü partlayış baş verib.

Ən son

GÜNDƏM

“Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq

GÜNDƏM

“Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq