Nəşr edilmişdir 01/31/2025

Paylaşın

GÜNDƏM

Dünyada ən uzun göl hansıdır?

Bakibaku

Dünyanın sahəsinə görə ən böyük gölünün Xəzər olduğu çoxlarına, ələlxüsus da azərbaycanlılara məlumdur. Sahilində yaşadığımız, qışda burada gəzinti edib, yayda çimərlikdə vaxt keçirdiyimiz dənizin göl olduğunu bəzən unutsaq da, əslində Xəzər ən böyük göldür.
Hələ məktəb vaxtından dərsliklərdən öyrəndiyimiz kimi dünyada ən uzun çay Nil, hövzəsinin sahəsinə görə ən böyük çay Amazondur.
Bəs dünyada ən uzun göl hansıdır? Qəribə olsa da, heç bunu düşünməmişdim. Sən demə, ən uzun göl Yer kürəsində quraqlığın hökm sürdüyü və sahəsinin 30%-nin səhra olduğu Afrika qitəsində yerləşir. Daha dəqiq desəm, Şərqi Afrika sınma zonası boyunca uzanır və Büyük Rift Vadisi çökəkliyində, Kongo, Tanzaniya, Zambiya ve Burundi ölkələri ərazisindədir.
Tanqanika gölü Afrikanın ən dərin, dünyanın isə ən uzun gölüdür. Uzunluğu 673 km olan gölün mənbələrdə 12 milyon il öncə yarandığı göstərilir. Zəngin canlı aləmi var. Tanqanika gölündə Nil timsahları, şirin su xərçəngləri, su samurları, ciklidlər, pelikanlar, flaminqolar və çoxlu unikal canlılar yaşayır. Buradakı canlılar milyonlarla il ərzində təkamül yolu keçdiyindən ekosistem üçün elmi əhəmiyyətə malikdirlər. Adının Luvale dilindən gəldiyi və mənasının ulduzlar olduğu deyilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Özbəkistan və Azərbaycan iki ölkə arasında səfərlər üçün xarici pasport əvəzinə biometrik pasportlardan istifadə imkanını nəzərdən keçirir.Baki-baku.az xarici

Ən son

GÜNDƏM

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.Baki-baku.az xəbər verir ki,

ƏSAS XƏBƏRLƏR

Bitkilərin bir neçə çoxaltma üsulları vardır ki, bunlardan ən geniş istifadə olunan üsullar toxumla, qələmlə

GÜNDƏM

Dünyanın sahəsinə görə ən böyük gölünün Xəzər olduğu çoxlarına, ələlxüsus da azərbaycanlılara məlumdur. Sahilində yaşadığımız,