Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

Bakıətrafı ərazilərdə 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır

IMG-20250130-WA0108

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2030-cu illərədək 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır.

Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Beləki, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala dəmir yolu xəttinin bərpası ilə bağlı elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması planlaşdırılır. Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin bərpası 2026−2027-cı illərdə, Zabrat−Maştağa−Bağlar xəttinin bərpası 2028−2030-cu illərdə, Güzdək−Qaradağ xəttinin bərpası isə 2027−2029-cu illərdə planlaşdırılır.

Bununla yanaşı, 2025-2027-ci illərdə Bakı-Xırdalan-Sumqayıt xəttinin, 2026−2028-ci illərdə isə Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri hesab olunan Abşeron dairəvi dəmir yolu xətti 2020-ci ildən tam istifadəyə verilib və iki hissədən ibarətdir: Bakı sərnişin – Biləcəri – Sumqayıt və Bakı sərnişin – Sabunçu–Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişindaşıma həcmi 5 dəfəyədək artıb (orta illik artım tempi 48 %). 2024-cü ildə dəmir yolu ilə 8 milyondan çox sərnişin səfəri həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 1,4 milyon artım deməkdir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.Baki-baku.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı

Ən son

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.