Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/24/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda onlayn vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb

IMG-20250124-WA0040

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) onlayn vergi ödənişi ilə bağlı xüsusi platforma yaradıb və elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınmasına başlanılıb.
Baki-baku.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, DVX-nın rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələlərinə toxunublar. İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tətbiq etdiyi həllər, vergi uyğunluğu, məlumat mübadiləsi, gəlir vergisinə yanaşma, rəqəmsal vergi mexanizmləri kimi təcrübələr barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın vergi xidməti tərəfindən tətbiq olunan yeniliklər və İnternet Vergi İdarəsinin imkanları diqqətə çatdırılıb.
Qeyd edilib ki, platforma DVX-nın İnternet Vergi İdarəsində yaradılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Человечество веками грезило о бессмертии, но последние научные открытия указывают на существование четких биологических границ жизни.

Ən son

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin