Nəşr edilmişdir 01/22/2025

Paylaşın

GÜNDƏM

Özünüdərk və özünüaşma – münasibətlərdə çevriliş

WhatsApp Image 2025-01-22 at 18.16.09_4ae1e521

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha az kamil varlıqlar yaratmış, daha kamil olanları isə bir-birinə uyğunlaşdırmışdır.

Mark Avreli

Ətrafımızda olan münasibətlər bizi ən çox yoran ünsürdür. Heç olubmu ki, belə düşünəsiniz? Bəlkə də, Sartr haqlı idi: “Cəhənnəm – digər insanlardır”. Digər insanlarla əlaqə qurmaq və yaxud əlaqə qura bilməmək öz özlüyündə bir əziyyətdir. Ola bilsin gündəlik həyatda bunun fərqinə varmırıq, lakin bir az düşünsək, hamımız əlaqə qurmağın və qurulmuş əlaqəni saxlamağın əziyyətini sezərik.

Mövcud münasibətlərimizdə anlaşılmamaq bizi tək və ya uzaqlaşdırılmış hiss etdirə bilir. Evdə yaxınlarımızla, işdə kollektivlə və ya uşağınız ilə getdiyiniz bütün sinfin iştirak etdiyi bayram şənliklərində ora aid olmama hissi bəzən daxili hüzurumuzu pozub, bizi incidir.
Çoxlarımız başqalarının bizi bəyənməyəciyini düşündüyümüzdən nə qədər dəyərli münasibət qurmaq şansını qaçırmışıq, bəlkə də. Bəzən özümüzü digərlərindən üstün hiss edərək, bəzənsə tam tərsi – yetərsiz və dəyərsiz hiss etdiyimizdən əlaqə qurmaqdan çəkinirik. Bu da özlüyündə evdə və işdə səmimi əlaqə qurmağımıza mane olur və nəticədə biz tək qalırıq.
Daxili dünyamızla çəkişmələrimizlə yanaşı, bir də daha dərin olan yaradılış krizlərimiz də var. Bu dünyaya niyə gəlmişik və burdakı missiyamız nədən ibarətdir? Əslində, hər iki fikir eynidir. Bir fərd kimi əlaqə qurmaq ehtiyacından qaynaqlanır hər ikisi. İstər ətraf mühitlə əlaqə, istərsə də öz özümüz ilə.
Bəs buna necə nail oluruq? Bəziləri üçün bu asanlıqla baş verir. Sadəcə bir sözə ilişib söhbət açırlar və davamı gəlir. Hətta assosial adama da düzgün suallar verməklə onu danışdırırlar. Nə zaman gülümsəmək, nə vaxt başı yelləmək və ən vacibi razı olmadıqda belə düzgün sözlər seçib öz mövqeyini bildirmək bacarığına malikdirlər. Digərlərimizə isə sadəcə onları müşahidə edib, öyrənmək qalır. Sadaladığım bacarıqları olan insanlar əlaqə qurmaqda çətinlik çəkənlərə səhvən kobud kimi baxırlar.

Daxili bacarıqlarımızı anlamaq və özümüzü tanımaq bu yolda vacib addımdır. Özümüzə maksimal rasional və realist yanaşmağı bacarsaq, daxili “mənlə” barışarıq. Kiminsə paxıllığın çəkmək və yaxud nifrət etmək faktını içimizdə basdırmaqdansa, bunu qəbul edib, özümüzlə barışsaq, ətrafımızdakı insanlarla daha səmimi əlaqə qurub, daha sağlam bağlar inşa edərik. Daxili narahatlıqlarmızı yanımızdakı insanlara proyeksiya etməyib, özümüzü gizlətmərik. Bu da öz növbəsində bizi rəqabətdən ayırar.

Öz güclü və zəif tərəflərimizi qəbul etməklə ətrafımızdakılarla güclü bağlara əsaslanan münasibət qura bilərik. Əsas məsələ başqasına uyğunlaşmaq yerinə özümüz kimi olmaqdır.

. Daha bir vacib məqam proyeksiya etməkdir. Özümüzlə barışmadığımız və özümüzə yaraşdırmadığımız xüsusiyyətlərimizi digərlərinə proyeksiya edirik. Misal üçün, başqaları tərəfindən qınanıldığımızı düşünürüksə, əks cavab olaraq digərlərini qınayırıq. Heç bəlkə də, qınanılmırıq, amma özümüzü bağışlamadığımızdan ətraf mühitə qarşı aqressivləşib, insanlara cavab atəşi ilə neqativ püskürürük (çox hallarda qeybət formasında).

Belə olanda nə olur? Özümüzə yeritdiyimiz fikirlərlə daxil olduğumuz istənilən yığıncaqda apriori incik oluruq. “Mənə pis baxırlar, kök/uğursuz/baxımsız və s. olduğumu düşünürlər.” Belə enerji ötürdükdə sözsüz ki, bədən dilimizlə insanları uzaqlaşdırırıq. Nəticədə də özümüzə dediyimiz yalan gerçək olur. İndi gəlin əksini düşünək. Məclisə girəndə ağlımızdan keçənlər bunlar olsun: “Buradakı insanlar məni gördüklərinə şaddır və mənim onların arasında olmağım onlara xoşdur. Onlarla söhbət edib nə düşündüklərini dinləmək istərdim.” Bu yolla bədən dilimiz və göz kontaktımız çox daha xoş enerji yayacaq və bizi münasibətə yatqın edəcək. Nəticədə biz cəmiyyətdən kənarlaşmış hiss etmək yerinə inteqrasiya etmiş olacağıq.

Ümumiyyətlə, özümüzə qarşı daha təmkinli və sevgi dolu yanaşmanı öyrənmək bu yolda birinci addımdır. Bu dünyada bütün insanlar əziyyət çəkir və problemlərlə üzləşən tək biz deyilik. Sadəcə, bəzən çox həssas dönəmdən keçirik, bəzənsə vecsiz anlarımız olur. Bax elə həmin o vecsiz anlardan birində özümüzlə ən səmimi dialoq qurub daxili aləmimiz əlaqə qursaq ətrafdakı insanları da özümüz kimi görərik.

Əksəriyyətimiz düşünür ki, problemin həlli və ya günahkar ətrafda olanlardadır. İstər iş, istər universitet, istərsə ailə və mühit.

İşdən çıxsam, istədiyim qrafikdə yaşayardım, universiteti bitirsəydim dincələrdim, ayrılsam, həyat yoldaşım baş-beynimi aparmazdı. Sözsüz bu hallar gözardı ediləsi deyil və bəzən həqiqətən də, çıxış yolu incidən amili bitirməkdədir.

Amma bir çox halda həll yolu başqaları ilə əlaqə qurmağın ilkin addımı daxilimizlə əlaqə qurmaqdan keçir. Özümüzlə necə danışdığımıza baxsaq, psixikamızın ən qaranlıq, ən kölgəli yerlərinə bir az işıq saçsaq, başqalarını günahlandırmaq yerinə bir az özümüzə dönüb baxsaq, çətinliklərimiz həll olar. Digərlərini dəyişmək və onlara necə yaşamaq lazım olduğun təlqin etmək yerinə insanları olduğu kimi qəbul etməyə çalışaq.
Məqaləmi sizi daha çox yormadan bir “müdrik qadın”ın hekayəsi ilə bitirmək istərdim.

Bir gün səyyah müdrik bir qadından səyahət edəcəyi ölkənin necə olacağı ilə maraqlandı.
– Sənin gəldiyin yerdə insanlar necədir, – müdrik qadın soruşdu.
– Çox istiqanlı və mülayim idilər, – Səyyah cavab verdi.
– Onda getdiyin yeni ünvanda da qarşılaşacağın insanlar elə olacaq, – deyə qadın bildirdi.

Hamımızın bir qayıqda olduğunu anlayaraq, insanlara qarşı daha təmkinli olsaq, gec-tez eyni münasibəti də görəcəyik. Ona görə hər birimizə problemi özümüzdə axtarmağa çalışsaq, dünya daha dözümlü və gözəl yer olar.

~Deniz Məmmədli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.Baki-Baku.az xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının

Ən son

GÜNDƏM

1999-cu ilə Bakı yollarına aid fotolarda o dövrün nəqliyyat sektorundakı çətinlikləri aydın şəkildə görmək olar.

GÜNDƏM

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq