Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/15/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

IMG-20250115-WA0022

Azərbaycan Milli Elmi Komandası bu il sentyabrın 29-dan oktyabrın 3-nə qədər Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresinə qatılacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) məlumat yayıb.
Bildirilir ki, Milli Elmi Komandamız artıq 4-cü ildir ki, bu tədbirdə aktiv iştirak edir. Bu ilki konqresin əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olacaq və bu mövzu kosmos yenilikləri ilə dayanıqlılıq arasındakı əlaqəni araşdıracaq. Mövzu üç əsas sahəyə fokuslanacaq: Yer üçün kosmos əsaslı tətbiqlər; dayanıqlı kosmos fəaliyyətləri və Yerdən kənarda həyatın davam etdirilməsi.
Sidney Konqresində təqdim olunacaq elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edəcək.
Sidney Konqresi haqqında məlumat 13 yanvar 2025-ci il tarixində Azərbaycan Milli Elmi Komandasının Sertifikat Təltifetmə Mərasimi və Beynəlxalq Astronavtika Konqresi 2025 layihəsi çərçivəsində Mentorluq Proqramının təqdimatı tədbirində təqdim olunub. Tədbir, “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. Mərasim Azərbaycanın kosmik elm sahəsində inkişafını və kosmik ekosistemi dəstəkləyən təşəbbüsləri gücləndirmək məqsədi daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının

Ən son

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin