Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib.
Baki-baku.az xəbər verir ki, ekipaj üzvlərindən stüardessa Hökümə Əliyeva, kapitan pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninovun dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.