Nəşr edilmişdir 12/18/2024

Paylaşın

İQTİSADİYYAT

Bakıda istehsalın həcmində sənaye məhsulunun payı 93 % olub

sənaye məhsulunun payı

2024-cü ilin yanvar-oktyabr aylarında Bakıda istehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 % təşkil  edib.                     
Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 44,4 milyard manat təşkil olub. Sənaye məhsulunun 75,5 %-i mədənçıxarma, 21,4 %-i emal, 2,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilb.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 % olub.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2024-cü il noyabrın 1-i vəziyyətinə 216,2 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 192,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bir neçə gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində M.Bayramov adına 196 nömrəli tam orta məktəbin yaxınlığında su borusundan

Ən son

GÜNDƏM

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin

GÜNDƏM

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin