Nəşr edilmişdir 03/08/2025

Paylaşın

GÜNDƏM

8 Mart Beynəlxalq Qadınlar günü – Görkəmli Azərbaycan xanımları

8 Mart Beynəlxalq Qadınlar günü - Görkəmli Azərbaycan xanımları, Beynəlxalq Qadınlar Günü, 8 Mart

Bu gün 8 Mart beynəlxalq qadınlar günüdür.
Baki-baku.az bu münasibətlə bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edir.
Azərbaycan xanımlarını ölkəmizin ictimai-siyasi, mədəni həyatında çox böyük rol oynayıblar. Hər sahədə onların əməyi danılmazdır. Tək Azərbaycanda deyil həmçinin şərqdə də iz qoymuş görkəmli xanımlarımızı sizə təqdim edirik:

Salatın Əsgərova

Azərbaycanın ilk qadın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Salatın Əsgərova 16 dekabr 1961-ci ildə doğulub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alsa da, jurnalistika sahəsinə böyük maraq göstərirdi. 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Müharibə dövründə tez-tez cəbhə xəttindən reportajlar hazırlayan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilib. O, Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalistidir.

8 Mart Beynəlxalq Qadınlar günü - Görkəmli Azərbaycan xanımları, Beynəlxalq Qadınlar Günü, 8 Mart, Salatın Əsgərova

Nigar Şıxlinskaya

İlk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadını Nigar Şıxlinskaya 21 mart 1878-ci ildə anadan olub. O, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qırmızı Xaç Cəmiyyətinin sədri kimi fəaliyyət göstərib. 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu. “Yeni fikir” qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. O, general Əliağa Şıxlinskinin həyat yoldaşı olub.
Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə vəfat edib.

8 Mart Beynəlxalq Qadınlar günü - Görkəmli Azərbaycan xanımları, Beynəlxalq Qadınlar Günü, 8 Mart, Nigar Şıxlinskaya

Qəmər Almaszadə

Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti Qəmər Almaszadə 10 mart 1915-ci ildə anadan olub. 1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin Ali pedaqoji məktəbində təhsil alır. 1932-də Reynhold Qlierin “Şahsənəm” operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletində ilk peşəkar çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.
1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olub. Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından “Qız qalası” baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.
Qəmər Almaszadə 7 aprel 2006-cı ildə vəfat edib.

8 Mart Beynəlxalq Qadınlar günü - Görkəmli Azərbaycan xanımları, Beynəlxalq Qadınlar Günü, 8 Mart, Qəmər Almaszadə

Leyla Məmmədbəyova

Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyova 17 sentyabr 1909-ci ildə anadan olub. İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda alıb və ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub. 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirib.

Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışıb. 1961-ci ildə təqaüdə çıxıb.
Leyla xanım 4 iyul 1989-cu ildə vəfat edib.

8 Mart Beynəlxalq Qadınlar günü - Görkəmli Azərbaycan xanımları, Beynəlxalq Qadınlar Günü, 8 Mart, Leyla Məmmədbəyova

Tahirə Tahirova


Azərbaycan diplomatı, dövlət xadimi, ilk azərbaycanlı qadın nazir – Azərbaycan SSR xarici işlər naziri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Tahirə Tahirova 7 noyabr 1923-cü ildə anadan olub.
1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olub.
Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun “Neft yataqlarının istismarı kafedrası”nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir.
1954–1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1959–1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, 1963–1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyib.
1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi. Lakin Tahirovanın səyləri nəticəsində Azərbaycan Ukrayna və Belorusiyadan sonra ilk müttəfiq respublika oldu ki, bu vəzifə o biri nazir vəzifələri kimi ayrıca vəzifə şəklində icra olunmağa başladı. Beləliklə, 1968-ci ildə öz xahişi ilə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad olunaraq bütün gücünü diplomatik fəaliyyətə həsr edib.
Tahirə Tahirova 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı SSRİ-nin sülh üçün vasitəçilik edən komandasının da üzvü olub.
O, nazir işlədiyi müddətdə Azərbaycan diplomatlarının SSRİ-nin səfirliklərində işləməsinə, Diplomatik Akademiyada oxumalarına diqqət yetirib.
Bundan əlavə, o, Sovet hökumət və parlament nümayəndə heyətlərinin üzvü olaraq BMT Baş Assambleyasının iclaslarında iştirak edərək, eləcə də, Azərbaycan SSR-ə səfər edən yüksək səviyyəli qonaqların qəbul olunmasında iştirak edib.
SSRİ Ali Sovetinin 4-cü çağırış, Azərbaycan SSR Ali Sovetinin 3, 5–7-ci çağırışlarının deputatı olub.
Tahirə Tahirova 26 oktyabr 1991-ci ildə vəfat edib.

8 Mart Beynəlxalq Qadınlar günü - Görkəmli Azərbaycan xanımları, Beynəlxalq Qadınlar Günü, 8 Mart, Tahirə Tahirova

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ən son

GÜNDƏM

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib. Baki-baku.az bu barədə onun agenti Kim Berrinin

GÜNDƏM

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib. Baki-baku.az bu barədə onun agenti Kim Berrinin