Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2025

Paylaşın

İdman

4 sentyabr – Beynəlxalq Taekvondo Günüdür

Beynəlxalq Taekvondo Günü, Taekvondo

Hər il 4 sentyabrda qədim koreya döyüş sənətinə həsr olunmuş bayram – Beynəlxalq Taekvondo Günü (International Taekwondo Day) qeyd olunur, hansı ki, bu tarix dünyada adı çəkilən idman növü ilə məşğul olan insanları öz ətrafında birləşdirir.

Baki-baku.az portalının qeyd etdiyi kimi, bayram 2006-cı ildə Dünya Taekvondo Federasiyasının təşəbbüsü ilə təsis olunub, tarix isə təsadüfi seçilməyib: məhz 1994-cü il sentyabrın 4-də Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə taekvondo rəsmi olaraq olimpiya idman növləri siyahısına daxil edilib. İlk dəfə taekvondo üzrə yarışlar 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında təşkil olunub və sonrakı bütün olimpiadalarda da bu ənənə davam edib.

Tarixi kökləri dərin olan bu döyüş sənətinin iki mindən artıq il əvvəl Koreya yarımadasında yarandığı, ənənəvi koreya döyüş texnikalarının qonşu ölkələrin döyüş idman növlərinin ünsürləri ilə sintezindən formalaşdığı hesab edilir. Sözün hərfi mənasında “taekvondo” “ayaq və yumruq yolu” deməkdir və üç ieroqlifdən ibarətdir: “txe” (“tapdalamaq”), “kvon” (“yumruq”), “do” (“yol”).

Bununla belə, idman növü kimi taekvondo kifayət qədər gəncdir. XX əsrin ortalarında Koreyada müxtəlif döyüş məktəbləri vahid ad altında birləşdirildikdən sonra onun müasir forması formalaşmağa başladı. Cənubi Koreya ordusunun generalı Çxve Xon Hi bu döyüş növünün yaradıcılarından sayılır. O, 1955-ci ildə əsas postulatları – beş vacib prinsipi (nəzakət, dürüstlük, özünə nəzarət, qətiyyətlilik və ruhun sarsılmazlığı) müəyyən etmiş, həmçinin bu döyüş sənətini hərbi qulluqçuların hazırlıq proqramına daxil edib. Həmin dövrdə Koreya Taekvondo Assosiasiyası da yaradıldı və bu da yeni istiqamətin ölkədə yayılmasına təkan verdi.

1973-cü ildə Dünya Taekvondo Federasiyası təsis olunub və həmin ildə Seulda ilk Beynəlxalq Çempionat keçirildi. Yarışda 19 ölkədən idmançılar iştirak etmişdi. Taekvondo ilk dəfə Olimpiya Oyunlarında 1988-ci ildə Seulda idman növü kimi təqdim olunmuş, bu isə onun beynəlxalq miqyasda geniş tanınmasına və populyarlaşmasına zəmin yaratdı. 2000-ci ildən etibarən isə bu idman növü rəsmi şəkildə Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Taekvondo yalnız idman və döyüş texnikası deyil, həm də xüsusi fəlsəfəyə əsaslanır. Daoizm və konfusçuluqdan qaynaqlanan bu fəlsəfə insanın özünütərbiyəsini, emosiyalara nəzarəti və rəqibə hörməti öyrədir. Buna görə də taekvondo, digər Şərq döyüş sənətləri kimi, həm mənəvi, həm də fiziki inkişafı dəstəkləyən bütöv bir təcrübədir.

Beynəlxalq Taekvondo Günü, Taekvondo

Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət, qayğı göstərir. Həqiqətdir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Keçirilən beynəlxalq yarışlarda idmançılarımız öz gücünü və dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Beynəlxalq Taekvondo Günü, Taekvondo

Həmçinin qeyd edək ki, 2003-cü ildə Prezident İlham Əliyevə Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya isə 2023-cü ildə Dünya Taekvondo Federasiyasının 8-ci dan Fəxri Qara kəmər və sertifikatı təqdim edilib.

Beynəlxalq Taekvondo Günü, Taekvondo

Bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular yer tutur. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.

Beynəlxalq Taekvondo Günü, Taekvondo

Müzəffər Ali Baş Komandan İlham Əliyevin adiyyatı qrumlar və eyni zamanda idman ictimaiyyəti qarşısında qoyduğu mühüm vəzifələrdən biri də azad edilmiş torpaqlarda idmanın inkişaf etdirilməsidir. Bu istiqamətdə işlər artıq görülür və stadionların, idman komplekslərinin, eləcə də digər idman qurğularının azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapması da Cənab Prezidentin ölkəmizdə idmanın inkişafına qayğısının bariz nümunəsidir.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Один из главных вопросов для молодых людей и планирующих карьеру — «Какие профессии будут востребованы в будущем?»

Ən son

HƏR ŞEYDƏN

Günümüzdə həyat tempi sürətlənib, informasiya bolluğu və istehlak vərdişləri artıb

HƏR ŞEYDƏN

Günümüzdə həyat tempi sürətlənib, informasiya bolluğu və istehlak vərdişləri artıb
Facebook
X (Twitter)
LinkedIn
Email