Nəşr edilmişdir 11/07/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır

28 May

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.

Baki-Baku.az xəbər verir ki, Noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.

“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.

Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib. https://www.youtube.com/watch?v=RQVogFQ8fII

Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubda tərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirməyə imkan verib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 28 sentyabr 2004-cü il tarixli qərarında dəyişiklik edib.Baki-Baku.az

Ən son

GÜNDƏM

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını

İQTİSADİYYAT

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305

GÜNDƏM

Biz də sizə hədiyyə seçimində nəyi seçməli və nəyi etməməli olduğunuzu göstərən kiçik bir bələdçi