Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/04/2025

Paylaşın

GÜNDƏM

“28 May” metrostansiyasının yaxınlığında qanunsuz qoyulan köşk götürülüb

qanunsuz qoyulan köşk götürülüb, Kiosk, Köşk, "28 May" Metrostansiyası

Bakının “28 May” metrostansiyasının qarşısındakı ərazidə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yanında qanunsuz qoyulan köşk götürülüb.
Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Məlumata əsasən, araşdırma nəticəsində sözügedən köşkün əraziyə qanunsuz quraşdırıldığı məlum olub:
“Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturu ötən gün qanunsuz yerləşdirilən köşkü ərazidən götürüb”.
Qeyd edək ki, “Bakı Dəmiryol Vağzalı” və “28 May” metrostansiyasının qarşısındakı ərazidə abadlıq-quruculuq işləri aparılan zaman yığışdırılan köşkün ötən gün yenidən yerləşdirildiyi məlum olub.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Alman bəstələdi, isveçli yazdı, estonlar isə rəsmi etdilər…