Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

HƏR ŞEYDƏN

2040-cı ilə qədər ozon qatı əksər regionlarda bərpa olunacaq

Ozon qatı, Ozon

Yer kürəsinin ozon qatı bərpa olunur və alimlər bunu bəşəriyyətin planetimizi qorumaq üçün lazımi addımlar atdıqda nələrə nail ola biləcəyinin bariz nümunəsi hesab edirlər.

Bu müsbət xəbər ozon qatının tükənməsini qlobal təhlükə kimi tanıyan ilk sənəd olan Vyana Konvensiyasının 40 illiyinə həsr olunmuş Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Ozon bülleteninin dərcindən sonra elan olunub.

Baki-baku.az xarici mediaya istinadla xəbər verir ki, son illər aparılan tədqiqatlar göstərir ki, Antarktida üzərindəki ozon qatının vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və bu, onun uzunmüddətli bərpa tendensiyasına uyğundur. Hərçənd ki, bu yaxşılaşmanın müəyyən hissəsi təbii atmosfer dəyişimləri ilə bağlıdır, alimlər əsas diqqəti daha mühüm məqama yönəldirlər: davamlı bərpa prosesi dünya ictimaiyyətinin ozon qatını dağıdan xlorftor¬karbonlar (XFK) kimi dağıdıcı kimyəvi maddələrdən mərhələli şəkildə imtina etməsindən sonra başlayıb.

Yer səthindən bir neçə kilometr yüksəklikdə yerləşən ozon qatı canlıları zərərli ultrabənövşəyi şüalardan qoruyur. Onsuz dəri xərçəngi, katarakta, immun sisteminin zədələnməsi və ekosistemlərin pozulması riski kəskin artar.

1987-ci ildə qəbul olunmuş Monreal Protokolu sayəsində təqribən 200 ölkənin saç spreyləri, soyuducular və yanğınsöndürmə köpüklərində istifadə edilən XFK maddələrindən mərhələli şəkildə imtina etməsi nəticəsində proqnozlara görə, 2040-cı ilə qədər ozon qatı əksər regionlarda bərpa olunacaq. Mövcud tendensiya davam edərsə, 2066-cı ilə qədər Antarktida üzərindəki məşhur ozon dəliyi də tam bağlanacaq.

Ozon qatının son dövrlərdə bərpası həm də digər bir sıra Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına təkan verib. Buraya səhiyyə, iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyi və biomüxtəliflik daxildir.

Həlledici məsələ insanların bundan sonra atacağı addımlardır. Bununla belə, alimlər bu xəbəri ətraf mühitin mühafizəsi sahəsində nadir qlobal uğur və elmin beynəlxalq əməkdaşlıqla birlikdə planetin ən ciddi problemlərinə cavab verə bilməsinin nümunəsi kimi qiymətləndirirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən Şon Daffi Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq

Ən son

GÜNDƏM

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla

GÜNDƏM

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin