Nəşr edilmişdir 12/06/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

2025-ci ilin əsas rəngi açıqlanıb

“Pantone” gələn il üçün əsas rəng çalarını açıqlayıb. Bu, “Mocha Mousse” rəngidir.
Baki-baku.az xəbər verir ki, bu barədə “Pantone” Rəng İnstitutunun rəsmi saytında məlumat verilib.
“Mocha Mousse” rəngi yüngüllük hissi bəxş edir və şokoladlı qəhvəyi çalarları ilə şüşə qabda köpürmüş deserti xatırladır.
“Pantone Color Institute” “Pantone” şirkətinin tədqiqat mərkəzidir. Burada mütəxəssislər rəng və onun təsirləri ilə bağlı araşdırmalar aparırlar. İl ərzində rəng nümunələri təhlil olunur və incəsənət, kino, moda, eləcə də siyasi və iqtisadi hadisələrdən məlumatlar toplanır.
İnstitutun vitse-prezidenti Lori Pressman bildirib ki, ilin rənginin seçilməsinə qlobal diqqəti cəlb edən yeni materiallar, texnologiyalar və qarşıdan gələn idman tədbirləri də təsir göstərə bilər.
“İlin rəngi, həmin dövrdə qlobal mədəniyyətimizdə baş verənləri ən yaxşı şəkildə əks etdirən mesajı verir” , – deyə Pressman əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin əsas rəngi “Peach Fuzz” seçilmişdi. Bu, günəşin doğuşunun və qürubun istiliyini, yumşaq yorğanın rahatlığını simvolizə edən zərif şaftalı çalarlarıdır. “Peach Fuzz” çətin zamanlarda qayğı, empatiya və şəfqət ehtiyacını ifadə edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Baki-Baku.az

Ən son

ƏSAS XƏBƏRLƏR

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb.Baki-Baku.az-a Bakı Şəhər

GÜNDƏM

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb. Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən

GÜNDƏM

Azərbaycan ərazisində yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə