Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

GÜNDƏM

20 Noyabr – Ağdam Şəhəri Günüdür: Qarabağın yenidən döyünən ürəyi

Bu gün Azərbaycanda Ağdam Şəhəri Günü qeyd olunur. 2020-ci il noyabrın 20-də uzun illər işğal altında qalan Ağdamın azadlığa qovuşması xalqımızın yaddaşına qürur və Zəfər tarixi kimi həkk olunub.

Baki-baku.az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla noyabrın 20-si Ağdam Şəhəri Günü təsis edilib.

Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Rayonun 77,4 faizi – 846,8 kvadratkilometr ərazisi, şəhəri və 80 kəndi işğal altında qalmışdı. İşğal illərində Ağdamın tarixi-mədəni irsinə ağır zərbə vurulmuş, məktəblər, xəstəxanalar, məscidlər və digər sosial-mədəni obyektlər dağıdılmışdı. Rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə 6 minə yaxın insan şəhid olmuş, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən sonra imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri 2020-ci il noyabrın 20-də Ağdam rayonunu tərk etdi. Beləliklə, şəhər hərbi əməliyyatsız, diplomatik razılaşma əsasında Azərbaycanın nəzarətinə qaytarıldı.

Həmin il noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər etdilər. Dövlət başçısı şəhərdə Azərbaycan bayrağını ucaltdı.

Bu gün Ağdamda genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yaşayış məhəllələri, yollar, sosial və iqtisadi infrastruktur yaradılır, kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir.

Bir zamanlar dağıntıları ilə dünyanın diqqətini çəkən Ağdam indi dirçəlişi ilə tarix yazır. 20 Noyabr təkcə bir şəhərin azad edildiyi gün deyil, həm də doğma yurda qayıdışın, yenidən quruluşun və milli iradənin rəmzidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Səhər yeməyi uzun illərdir günün ən vacib qida qəbulu hesab olunur.

Ən son

HƏR ŞEYDƏN

Kinoteatrlarda Hollivudun məşhur “Rokki” filminin yaranma tarixindən bəhs edən “Rokki – mənəm” (I Play Rocky)

HƏR ŞEYDƏN

Kinoteatrlarda Hollivudun məşhur “Rokki” filminin yaranma tarixindən bəhs edən “Rokki – mənəm” (I Play Rocky)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin