Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/02/2026

Paylaşın

GÜNDƏM

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş keçirilib

Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 Aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir təşkil olunub. Bu əlamətdar gün 1967-ci ildə International Board on Books for Young People (Uşaq Kitabları üzrə Beynəlxalq Şura) tərəfindən təsis edilib. Məqsəd uşaqların kitaba marağını artırmaq, uşaq ədəbiyyatını təşviq etmək və dünya xalqları arasında mədəni körpülər yaratmaq olub. Dünyanın bir çox ölkəsində qeyd olunan bu əlamətdar gün uşaq ədəbiyyatının əhəmiyyətini vurğulamaq, balacalarda mütaliə sevgisini formalaşdırmaq və onların intellektual inkişafına töhfə vermək məqsədi daşıyır.
Tədbirdə “İdrak liseyi”, “İndigo” uşaq bağçası, eləcə də 7, 143, 172 və 177 nömrəli ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək bildirib ki, Beynəlxalq Uşaq Kitabı Günü uşaqların kitabla dostluğunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, kitabxana tərəfindən hər il bu Günün qeyd olunması uşaqların mütaliəyə marağını artırmaqla yanaşı, onların dünyagörüşünün zənginləşməsinə xidmət edir. Tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatının seçmə nümunələrindən ibarət zəngin kitab sərgisi təşkil olunub. Nağıllar, hekayələr, ensiklopediyalar və digər maarifləndirici nəşrlər şagirdlərin böyük marağına səbəb olub.
Günün ən yaddaqalan məqamlarından biri tanınmış uşaq yazarları – Bəhram Bağırzadə, Lalə Umud, Elnarə Cahan, Elvira Məmmədova, Humayun Sevinc və rəssam Fuad Manafov ilə keçirilən görüş olub. Müəlliflər öz yaradıcılıqları haqqında məlumat verib, uşaqların suallarını cavablandırıblar. Səmimi və interaktiv mühitdə baş tutan görüş şagirdlər üçün həm maarifləndirici, həm də ilhamverici təcrübəyə çevrilib.
Bu cür tədbirlərin keçirilməsi uşaqlarda kitab oxumağa marağın artırılmasına, onların mütaliə vərdişlərinin formalaşdırılmasına və yaradıcı düşüncə qabiliyyətlərinin inkişafına mühüm töhfə verir. Yazıçılarla birbaşa ünsiyyət isə uşaqlara yaradıcılıq prosesini yaxından tanımaq imkanı yaradır, onları yeni ideyalar axtarmağa və özlərini ifadə etməyə həvəsləndirir.
Beynəlxalq Uşaq Kitabı Günü bir daha xatırladır ki, kitab uşaqların dünyanı anlamaq, xəyal gücünü genişləndirmək və gələcəyin savadlı, düşünən fərdləri kimi formalaşmaq yolunda ən dəyərli vasitələrdən biridir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qaradağ rayonunun Umbakı qəsəbəsində sel suları nəticəsində əvvəllər uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.

Ən son

GÜNDƏM

Məqsəd uşaqların kitaba marağını artırmaq, uşaq ədəbiyyatını təşviq etmək və dünya xalqları arasında mədəni körpülər

GÜNDƏM

Məqsəd uşaqların kitaba marağını artırmaq, uşaq ədəbiyyatını təşviq etmək və dünya xalqları arasında mədəni körpülər
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin