Mehrən Kərimi Nasseri 1972-ci ildə İranda anadan olub və gənclik illərindən etibarən siyasi fəaliyyətlərdə fəal iştirak edib: o, İranda baş verən hadisələrə dair mövqeyini ifadə edir, hakimiyyətin təzyiqləri ilə qarşılaşır, mövcud rejimə qarşı müqavimətin iştirakçısı olurdu. 1977-ci ildə şah Məhəmməd Rza rejiminə qarşı keçirilən nümayişdə iştirak etdiyi üçün cəzalandırıldı – o, İrandan deportasiya edildi.
Növbəti bir neçə il ərzində Mehrən Nasseri sığınacaq axtarışında müxtəlif Avropa ölkələrinin nümayəndəliklərinə müraciət etsə də, hər yerdən imtina cavabı aldı. Yalnız 1981-ci ildə BMT Komissiyası ona qaçqın statusu verdi və Nasseri Böyük Britaniyada yaşamağa qərar verdi. Daha sonra, 1988-ci ildə o, Fransaya yollandı, lakin orada bədbəxt hadisə baş verdi – sənədlərinin olduğu çanta oğurlandı.
Fransa hökuməti Mehranı ölkəyə buraxmadı, çünki onun giriş icazəsi yox idi. Beləliklə, kişi Şarl de Qoll hava limanının terminalından kənara çıxa bilmədi. Mehrən çox çətin vəziyyətə düşdü – o, hava limanının terminalını tərk edə bilmirdi. İllər keçdikcə hava limanı işçiləri Mehrənlə dostlaşdılar. Mehrəmanə və nəzakətli adam olan Mehrəna əllərindən gəldiyi qədər yardım və dəstək göstərdilər.
Bu qeyri-adi hadisə mətbuatda geniş işıqlandırıldı, jurnalistlər ard-arda onunla müsahibə almaq üçün gəlirdilər. 1995-ci ildə vəkillərin köməyi ilə Mehrana Belçikaya qayıtmağa icazə verildi, lakin o, bu təkliflə razılaşmadı – onun qəti məqsədi Böyük Britaniyaya köçmək idi.
Şarl de Qoll hava limanı
1998-ci ildə vəkilləri onun sənədlərini bərpa edə bildilər. Lakin Mehrən yenidən terminal binasını tərk etməkdən imtina etdi. 2006-cı ildə o, ciddi şəkildə xəstələndi və xəstəxanaya yerləşdirildi. Beləliklə, 18 ildən sonra ilk dəfə Şarl de Qoll hava limanını tərk etdi. Xəstəxanadan çıxdıqdan sonra hava limanına qayıtmaq mümkün olmadı. Mehrəna, hava limanı yaxınlığında yerləşən bir sığınacaqda yaşamağa icazə verildi.
2004-cü ildə rejissor Stiven Spilberq bu hadisə əsasında “Terminal” adlı film çəkdi. Filmdə baş rolu Tom Henks canlandırır. Bu günə qədər Şarl de Qoll hava limanından keçən turistlər Mehrən Nasseri haqqında hekayənin gerçək olub-olmadığını soruşurlar.
Hacı Cavadov