Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/17/2025

Paylaşın

HƏR ŞEYDƏN

12 min il əvvəlki qətlin izi: Vyetnam mağarasında şok kəşf

Alimlər Vyetnamda aşkar edilən qədim insan qalıqlarının tarixdə bilinən ən erkən qətllərdən birinə işarə etdiyini bildirirlər.

Baki-baku.az “Science Alert”ə istinadən bildirir ki, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi başqa bir insan tərəfindən öldürülüb. Onun sümükləri “Thung Binh 1” mağarasında tapılıb.

Qalıqların yanında kvarsdan hazırlanmış iti ucluq aşkarlanıb. Arxeoloqların fikrincə, həmin alət kişinin boyun nahiyəsinə dəyib, ağır yaralanmaya və infeksiyaya səbəb olub. Nəticədə o, bir neçə gün və ya həftə ərzində həyatını itirib.

Mütəxəssislər bu tapıntını həm bölgə, həm də dövr baxımından son dərəcə nadir və əhəmiyyətli hesab edirlər. Bu kəşf qədim insanların həyatında zorakılığın nə qədər erkən ortaya çıxdığını da göstərir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin