Nəşr edilmişdir 10/02/2024

Paylaşın

XƏBƏRLƏR

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub – FOTO

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

“BakıBaku” APA-ya istinadən xəbər verir ki, açılışda mədəniyyət naziri Adil Kərimli, AMEA Prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, Xalq yazıçısı Elçin və deputatlar, ictimai-mədəni xadimlər, media mənsubları iştirak ediblər.

Xalq yazıçısı Anar açılış mərasimində çıxış edərək sərginin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, oktyabrın 8-ə qədər davam edəcək sərgidə 4 qitəni təmsil edən 18 ölkədən (Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili, Monqolustan) 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan sərgidə iştirak edən xarici nəşriyyat və təşkilatlar arasında “The Replika Publishing and Printing”, “Çikolata Yayınları”, “Kayıhan Yayıncılık”, “Phoenix Publishing & Media Group”, “East China Normal University Press Itd.”, “Phoenix Fine Arts Publishing Ltd.”, “Veritas and Mercurius Publishing Itd.”, “UMBUM” və digərlərinin adları var.

Sərginin fəxri yazarları Salam Sarvan və Rövşən Abdullaoğlu, fəxri qonaqları isə Con Boyn və Vulf Dorndur.

Eyni zamanda, sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edirlər.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

“Quacquarelli Symonds” (QS) 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət

XƏBƏRLƏR

Avtomobil bazarında ən çox saxtalaşdırılan komponentlər müntəzəm texniki xidmət üçün istifadə olunan hissələrdir. Baki-baku.az bu

XƏBƏRLƏR

“Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasının işıqlanma sistemi tamamilə yenidən qurulub. Baki-baku.az AZƏRTAC-a istinadən bildirilir ki,