Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/12/2026

Paylaşın

GÜNDƏM

Zaur Mikayılov: “Bakı və Abşeronda göllərin qurudulması subasma riskini artırır”

Bakı şəhəri və Abşeron yarımadasında mövcud olan göllərin bir hissəsinin son illərdə qurudulması intensiv yağışlar zamanı subasma riskini artırır.
Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.
O qeyd edib ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur və bu göllər təbii olaraq sutoplayıcı funksiyaya malikdir: “2014–2025-ci illər ərzində bəzi hallarda qeyri-qanuni, bəzi hallarda isə plansız genişlənmələr nəticəsində bir sıra göllər qurudularaq ərazilər zəbt edilib və həmin sahələrdə tikintilər aparılıb. Bu isə intensiv yağışlar zamanı həmin bölgələrin subasmaya məruz qalmasına səbəb olur”.
Z. Mikayılov bildirib ki, bu illər ərzində dövlət proqramları çərçivəsində sözügedən istiqamətdə mühüm işlər görülüb və mövcud vəziyyətin qənaətbəxş olmasının əsas səbəblərindən biri də məhz həmin proqramların icrasıdır.
Onun sözlərinə görə, 2004-cü ildə birinci Dövlət Proqramı qəbul edilən zaman Azərbaycanda içməli su təminatı cəmi 40 %, Bakı şəhəri və Abşeron yarımadasında isə 29 % səviyyəsində olub: “Hazırda isə içməli su ilə təminat ölkə üzrə 73 %-ə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 %-ə çatdırılıb”.
ADSEA sədri qeyd edib ki, dövlət proqramları çərçivəsində həyata keçirilən əsas layihələr sırasında “Taxtakörpü” və “Ceyranbatan” su anbarlarının, eləcə də ultrasüzgəcli sutəmizləyici qurğuların tikintisi xüsusi yer tutur: “Bu layihələr ölkənin su çatışmazlığı şəraitindən indiki daha yaxşı vəziyyətə gəlməsində mühüm rol oynayıb”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan xalq yaddaşı yalnız padşahlar və sərkərdələrlə deyil, zülmə qarşı çıxan, ədaləti öz silahı ilə qoruyan qaçaqlarla da

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin