Zabrat qəsəbəsində suyun verilməsində məhdudiyyət tətbiq olunacaq.
Baki-Baku.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 29 dekabr tarixində Sabunçu rayonu Zabrat qəsəbəsinin bir hissəsinə axşam saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.