Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/27/2024

Paylaşın

GÜNDƏM

Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir – AYNA

ayna_zabrat_yolu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bildirilib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı görülən işlər çərçivəsində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində avtobus zolağının təşkili həyata keçirilir. Yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1600 dəfədən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərrnişin daşınır.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda 17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki

Ən son

ETNOQRAFIYA

Azərbaycanda təndir çörəyinin iştaha açan qoxusu uşaqlığımızı, nənəmizin ocağını, kəndin sakit səhərini, közdə yanan odun

ETNOQRAFIYA

Azərbaycanda təndir çörəyinin iştaha açan qoxusu uşaqlığımızı, nənəmizin ocağını, kəndin sakit səhərini, közdə yanan odun
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin