Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/20/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yuxunu yaxşılaşdıran qidalar: Hansı məhsullar rahat yuxuya kömək edir?

IMG-20250820-WA0112

Düzgün seçilən şam yeməyi yuxunun keyfiyyətini yaxşılaşdıra və yuxuya getməyimizi asanlaşdıra bilər. Bəs hansı qidalar yuxuya getməyimizə kömək, hansıları isə mane olur?

Baki-baku.az gazeta.ru-ya istinadən xəbər verir.

Diyetoloq, tibb sahəsi üzrə ekspert İrina Popkova yatmazdan əvvəl yemək üçün faydalı olan qidaların adını çəkib.

O qeyd edib ki, tərəvəz və meyvələr, xüsusən, banan, kivi, albalı orqanizmi rahatlamağa kömək edən melatonin və maqneziumla zəngindir.

Popkova həmçinin bildirib ki, karbohidratlardan qarabaşaq yarması, yulaf, şirin kartof orqanizmin rahat şəkildə istirahət rejiminə keçməsinə kömək edir.

“Triptofanla zəngin olan qidalar – hind quşunun əti, balqabaq toxumu, badam da yuxu hormonunun istehsalında iştirak edir. Bitki çayları – çobanyastığı, limon balzamı sinir sistemini sakitləşdirir və orqanizmin yuxuya getməsinə kömək edir” – deyə diyetoloq sonda əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin