Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/20/2024

Paylaşın

GÜNDƏM

Yollarda görünüş məsafəsi məhdudlaşıb

Görünüş məsafəsi

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.
Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir.
Saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi şərq rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Xaçmaz, Şamaxı, Altıağac, Qubada 3 mm-dək olub.
Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Tərtər, Sumqayıt, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son günlər ictimaiyyətdə taksi kvotalarının tətbiqi ilə bağlı yanlış məlumatlar yayılmaqdadır. İnsanlar arasında belə bir fikir formalaşıb ki,

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin