Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/06/2025

Paylaşın

GÜNDƏM

Yol polisindən sürücülərə müraciət

“Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu tip qəzaların əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır”.

Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.

Qeyd olunub ki, xüsusilə, son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin olunmaması qəzalara səbəb olur:

“Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən davam etdirmək sürücünün yuxulama və diqqət yayınması riskini artıraraq ağır nəticəli hadisələrə səbəb olur. Bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə bir daha bildiririk ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə olunmalı, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməlidir.

Yorğun və yuxusuz halda sürücülərin sükan arxasına keçməsinə şərait yaradılması yolverilməzdir. Unudulmamalıdır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Marvel” dünyanın ən böyük və ən nüfuzlu komiks nəşriyyatlarından biridir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin