Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/01/2025

Paylaşın

GÜNDƏM

Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq

hava şəraiti ilə bağlı xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu barədə Baki-baku.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb:
“Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur”.
“Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar”, – deyə xəbərdarlıqda qeyd olunub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 4-də Antalya şəhərində dünyaşöhrətli fotoqraf soydaşımız Reza Deqatinin yarıməsrlik sənət fəaliyyətini

Ən son

GÜNDƏM

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Yasamal rayonu, B.Məcidov küçəsində fiziki şəxs Samir Ağabala oğlu

GÜNDƏM

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Yasamal rayonu, B.Məcidov küçəsində fiziki şəxs Samir Ağabala oğlu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin