Bakının Xətai rayonu, Məhəmməd Hadı küçəsi 63 ünvanında, 4-cü blokun qarşısında vətəndaşlar tərəfindən özbaşına yaradılmış parkinq ərazisi sökülüb.
Baki-baku.az xəbər verir ki, qanunsuz şəkildə təşkil edilən parkinqin söküntüsü Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən aparılıb.
Görülən tədbirlər ərazidə piyadaların sərbəst hərəkətinin təmin olunmasına, ümumi istifadə sahələrinin əvvəlki vəziyyətinə qaytarılmasına və şəhər mühitində nizam-intizamın qorunmasına xidmət edir.
Qeyd edək ki, paytaxt ərazisində qanunsuz parkinq hallarına qarşı tədbirlər davam etdirilir.


