Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

ETNOQRAFIYA

Xına ustası Şirin Abiyeva: “Hər naxış bir hissin ifadəsidir”

Şirin - Arranın hökmdarı, Sasanilər

Xına qədim zamanlardan bəri həm bəzək, həm də müalicə məqsədilə istifadə olunan təbii bitkidir. Onun əsas mənbəyi “Lawsonia inermis” adlı bitkidir və bu bitki əsasən Hindistan, Misir, İran və ərəb ölkələrində yetişir. Azərbaycanda da xına mədəniyyətinin tarixi lap qədimlərə gedir. 

Bakı-baku.az-ın müsahibi xına ustası Şirin Abiyevadır.

– Gəlin əvvəlcə xınanın tarixindən danışaq.

– Xınadan əldə edilən təbii boya min illərdir saçların, dırnaqların və dərinin boyanmasında istifadə olunur. Qədim Misirdə fironlar və zadəgan qadınlar xınanı həm gözəllik, həm də dini rəmz kimi tətbiq edirdilər. Eyni zamanda, xına soyuqluğu azaltmaq, yaraları sağaltmaq kimi müalicəvi məqsədlərlə də işlədilib. Zamanla bu mədəniyyət ölkəmizə də gəlib.

– Azərbaycanda toydan bir gün əvvəl qızın ata evində son günü kimi qeyd olunur və həmin axşam “Xına gecəsi” keçirilir. 

– Azərbaycan və digər Şərq xalqları arasında xına toy və nişan mərasimlərinin vacib bir hissəsidir. “Xına gecəsi” adəti qədim ənənə kimi bu günə qədər qorunub saxlanılır. Xına burada sevgi, sədaqət və xoşbəxtliyin simvolu sayılır. Xına həm qədim bəzək vasitəsi, həm də mədəni irsin bir hissəsidir. O, əsrlər boyu gözəlliyin, saflığın və sevginin rəmzi kimi dəyərləndirilib.

– Bəs sizdə maraq haradan yarandı bu işə?

– Mən rəssamam. Bu iki işin bir-birinə bağlılığı mənim diqqətimi çəkdi. Hər ikisi duyğuların təsviridir. Biri kətan üzərində boyalarla, digəri insan üzərində xına ilə. Xına ilə vurulan naxışlar, bəzəklər, milli ornamentlər mənə çox maraqlı gəlirdi. Axı hər naxış bir hissin ifadəsidir. Üstəlik də insanların buna marağının çox olduğunu, bundan sevindiyini hiss etdikdən sonra bu işdən daha çox zövq almağa başladım.

– Siz “Xına gecələri” ilə yanaşı, həm də festivallarda, nüfuzlu tədbirlərdə iştirak edirsiniz. 

– Bəli, indiyə kimim bir çox festival və tədbirlərdə sənətimi nümayiş etdirmişəm. Amma ötən il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan stendində gələn həm yerli, həm də xarici qonaqların əlinə xına naxışları çəkmişəm. Bununla bu sənətin gözəlliyini, incəliyini göstərməyə çalışmışam. Turistlər həddindən artıq maraq göstərirdi. Hətta növbəyə düzülür, sırasını gözləyirdilər. Mənə də xoş olurdu. Söhbət zamanı onlar digər Şərq ölkələri ilə bizim naxışları müqayisə edir, bizim bəzəkləri daha çox bəyəndiklərini deyirdilər.

– Uzun illərdir bu sənətlə məşğulsunuz. Ən qeyri-adi çəkdiyiniz naxış, ornament nə olub?

– Əslində, çox olub. Amma mənim üçün ən yaddaqalanı elə COP29 vaxtı olub. Xarici qonaqlardan biri yaxınlaşdı. Ana olmağa hazırlaşırdı. Məndən maraqlı bir naxış istədi. Əlinə qədim Çin təbii fəlsəfəsinin əsas anlayışlarından olan İn və Yan – bütövlüyü əks etdirən ornamenti çəkdim. O, sanki bir-birini tamamlayan butalardır. Xanım bu cür ornamentdən çox şad oldu. Əlinin şəklini də telefonuna çəkdi ki, xatirə qalsın. Sənətimi sevirəm. İnsanları belə xoşbəxt görəndə isə bu işə lap çox bağlanıram.

Söhbətləşdi: Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ən son

İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun təyinatları bəlli

İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun təyinatları bəlli
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin