Nəşr edilmişdir 04/13/2025

Paylaşın

GÜNDƏM

Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi keçirilib

Cəfər Namiq Kamalın 75 illik yubileyi, Cəfər Namiq Kamal

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib.
Baki-baku.az xəbər verir ki, N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsəri Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi münasibəti ilə benefis tamaşadır.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rejissor assistenti Xanımbacı Həsənovadır.

Tamaşadan sonra Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal Cəfər Namiq Kamalın səhnə fəaliyyəti haqqında çıxış edib, onu sənətkar və insan kimi yüksək dəyərləndiriblər.

Yubilyara Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı” və Teatr Xadimləri İttifaqının “Teatr xadimi” qızıl medalı təqdim olunub.

Qeyd edək ki, Səhnə əsərində xalq artisti Cəfər Namiq Kamal (Anton Antonoviç Skvoznik), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və aktrisa Nigar Güləhmədova (Anna Andreyevna), İlahə Həsənova və Məhsəti Tahirzadə (Mariya Antonovna), Əməkdar artist Rəşad Bəxtiyarov və aktyorlar Vüsal Mustafayev (Luka Lukiç Xlopov), Rüstəm Rüstəmov (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), əməkdar artistlər Kazım Həsənquliyev və Məzahir Cəlilov (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç), Əlfida Cəfərov (Osip), Aslan Şirin və aktyorlar Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski), Tural İbrahimov (Svistunov, meyxana xidmətçisi, Mişka) çıxış edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.Baki-baku.az xəbər verir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.