Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində “Şəhərin səsi” tədbiri keçiriləcək

IMG-20260514-WA0103

Bakı Şəhərsalma həftəsi çərçivəsində “Şəhərin səsi” tədbiri keçiriləcək.

Bu barədə Baki-baku.az WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, mayın 16-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının tərkib hissəsi olan “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Şəhərin Səsi” tədbiri keçiriləcək.

“Şəhərin səsi” tədbiri çərçivəsində memarlıq və şəhərsalma mövzuları musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı ifadə vasitələri ilə təqdim olunacaq:

“Tədbirin məkanı olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası müasir audiovizual incəsənət mərkəzinə çevriləcək. Tədbir zamanı Bakının qədim yaddaşının və yaradıcı enerjisinin müasir bədii yanaşma ilə vəhdətini əks etdirən rəqəmsal proyeksiyalar canlanacaq, fərqli canlı vizual nümayişlər keçiriləcək, divar rəsmi konsepti və qraffiti elementləri sərgilənəcək. Məkanın dinamik abu-havası isə elektron musiqi və DJ çıxışları ilə tamamlanacaq.

“Şəhərin səsi” tədbiri 16 may 2026-cı il tarixində saat 19:30-da başlayacaq”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir, iştirak isə əvvəlcədən qeydiyyat əsasında mümkün olacaq.

Tədbirdə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin

Ən son

GÜNDƏM

Bakı Şəhərsalma həftəsi çərçivəsində "Şəhərin səsi" tədbiri keçiriləcək.

GÜNDƏM

Bakı Şəhərsalma həftəsi çərçivəsində "Şəhərin səsi" tədbiri keçiriləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin