Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/11/2026

Paylaşın

GÜNDƏM

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Rusiya Prezidenti Vladimir Putin martın 11-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlara görə bir çox xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilməyə başlayıb. Martın 11-i saat 10:00-dək Azərbaycana ümumilikdə 72 ölkənin 2 168 vətəndaşı təxliyə olunub. Onların arasında Rusiyanın 293 vətəndaşı da var.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Bu gün Azərbaycan teatr sənətinin zəngin tarixi və mədəni

Ən son

TARİX

XX əsrin əvvəllərində Bakının memarlıq tarixində xüsusi yer tutan binalardan biri neft bumunun dövrünün parlaq

TARİX

XX əsrin əvvəllərində Bakının memarlıq tarixində xüsusi yer tutan binalardan biri neft bumunun dövrünün parlaq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin