“Nifrət edirəm sənə – sevdiyim şəhər!”
Bu sözləri Baki-baku.az-a müsahibəsində rəssam Anar Hüseynzadə deyib.
Rəssam deyir ki, Bakı həmişə necə vardısa, elə elədir. Dəyişən mənəm. Mən dəyişdikcə də, Bakı da əsərlərimdə dəyişib. Gənc olanda insan böyük problemləri olsa da pozitiv olur. Ona görə də həmin illərdə Bakı da rəsmlərimdə pozitiv idi, rənglərim də pozitiv idi. Sonra zamanlar adam dəyişir, fikirləri dərinləşir. Onda dərin qatlara gedəndə rənglər də dərinləşir. Mənim üçün Bakı heç vaxt küləklər şəhəri olmayıb. O, həmişə günəşli şəhərdir.
Daha ətraflı podkastda:
Cavad xan diyarı, “imamzadə” andı, “qadan alaram” yurdu Gəncə
Yolumuz Gəncəyədir. Səfərimizi ADY-nin yeni Bakı-Ağstafa qatarı ilə etdik. Düz
dörd saata rahat və təhlükəsiz şəkildə odlar yurdunun bir mərkəz şəhərindən
digərinə, yəni Bakıdan Gəncəyə çatdıq. Dəmir yolu Vağzalında düşəndə şəhəri
günəşli, təmiz və sahmanlı gördük. Ümumilikdə yenidənqurma və bərpa işləri
getsə də, şəhər də insanları kimi adama “Qadan alaram” deyirdi.
Bakı vitrajları nəyi gizlədir?
Vitraj sözü latın dilindəki “vitro” sözündən gəlir və mənası şüşə deməkdir. Vahid Şükürovla 60-cı illərin şüşələri, texnikalar və rəngli işığın mənası haqqında danışdıq.
Hər vitraj — sadəcə gözəllik yox, zamanın izidir.
Bakının memarlıq incilərindən biri — İsmailliyə binası
İstiqlaliyyət küçəsində, İçərişəhərin sakitliyində ucalan bu möhtəşəm abidə təkcə daş divarlardan ibarət deyil. O, həm milyonçu Musa Nağıyevin nakam oğlu İsmayılın xatirəsini, həm də Azərbaycanın elm və mədəniyyət tarixində tutduğu mühüm rolu yaşadır.
Bir əsrdən çoxdur ki, bu bina fikir, elm və sənət adamlarının səslərinin əks-sədası ilə yaşayır.
Zirə: Təbiət və Ənənələrin Harmoniya Tapdığı Məkan
Təbiətin, sakitliyin və ənənələrin öz ahəngini tapdığı yer. Zirədə həyat öz qanunları ilə axır və elə gözəlliyi də bundadır.
Zirə: Tarix, Təbiət və Ənənələrin Qovuşduğu Kənd
Bakı kəndləri özünəməxsus adət-ənənələri və mədəniyyəti ilə seçilir. Onların arasında ən qədim yaşayış məskənlərindən biri olan Zirə tarixi abidələri, Eko-Parkı, məşhur pomidoru və qərənfili ilə tanınır. Gəlin, bu unikal kəndi birlikdə kəşf edək!
Bakı Haradan Başlayır?
İnsanlar işə tələsir, gəzintiyə çıxır, payızın gözəlliyindən həzz alır. Onların hər addımı böyük şəhərin bir parçasıdır. Bəs sizin üçün Bakı haradan başlayır?
Səttar Bəhlulzadə: Azərbaycan Rəngkarlığının Dahi Sənətkarı
Azərbaycan incəsənətinin ən tanınmış simalarından biri olan Səttar Bəhlulzadənin həyat və yaradıcılığı, onun fırçasından doğan unudulmaz əsərlər və milli rəssamlıq sənətinə töhfələri haqqında danışırıq.