Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

Vətən Müharibəsində şanlı qələbəmizin 5 illiyinə həsr olunmuş respublika müsabiqəsi elan edilib

vS7bgKiXgtyd0u5vPyuL1738232037

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş, Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” respublika müsabiqəsi elan edir.
Baki-baku.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Müsabiqənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki böyük Qələbəsini yüksək peşəkar səviyyədə əks etdirən, forma mükəmməlliyi, mətn mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik ideyalarına və ədəbi-bədii meyarlara cavab verən yeni əsərlərin aşkar edilməsidir.
Müsabiqənin şərtləri: Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir: a) Orkestr üçün – təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7 – 8 dəqiqəlik vaxt həcmində olmalıdır; b) Xor ilə orkestr üçün – təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) 4 səsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10 – 15 dəqiqəlik vaxt həcmində olmalıdır. Müsabiqədə yalnız ali professional bəstəkarlıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. İştirakçılar əsərin partiturasını və CD yazısını (elektron səslənmədə) deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər.
Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir. Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur: I yer – 7000 manat II yer – 5000 manat III yer – 3000 manat Тəqdim olunmuş əsərlər 2025-ci il oktyabr ayının 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq.
Əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Ünvan: Xaqani küçəsi 55 Əlaqə telefonu: (012) 598 08 86

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a FHN-dən bildirilib.

Ən son

GÜNDƏM

Paytaxtın Xətai rayonu, Nargilə dairəsi adlanan ərazisində və Ramiz Quliyev küçəsində işıqforların fəaliyyəti bərpa olunub.

GÜNDƏM

Paytaxtın Xətai rayonu, Nargilə dairəsi adlanan ərazisində və Ramiz Quliyev küçəsində işıqforların fəaliyyəti bərpa olunub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin