Nəşr edilmişdir 02/27/2025

Paylaşın

GÜNDƏM

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrinin Əlcəzairdə təqdimatı olub

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA-nın Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrinin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtında təqdimat mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Tural Rzayev, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, akademik Nərgiz Axundova və başqaları “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının əhəmiyyətindən danışıblar. Kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin və onun memarı olan Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətinin, yüksək intellektinin, məharətli sərkərdəlik qabiliyyətinin – dahi şəxsiyyət faktorunun əks edildiyi bildirilib.

Diqqətə çatdırılıb ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilmə cəhdlərindən biri olaraq 10 dildə nəşr edilib və dünyanın bir sıra ölkələrində təqdimatı keçirilib.

Sonra Azərbaycan, o cümlədən işğaldan azad edilən torpaqlarımız və orada aparılan genişmiqyaslı quruculuq işləri haqqında film nümayiş olunub, milli musiqimizdən parçalar səsləndirilib.

Qeyd edək ki, mərasimdə ölkə rəsmiləri, Əlcəzairdə akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, media nümayəndələri, bu ölkədə işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Kitabın təqdimat mərasimi haqqında məqalə və xəbərlər, həmçinin Əlcəzair mediasında geniş işıqlandırılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA-nın Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət

Ən son

GÜNDƏM

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata

GÜNDƏM

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata