Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/10/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Uşaq evində böyüyən, poeziyanı yaradıcılığının əsas qollarından birinə çevirən ictimai xadim – Bakı küçələrinin adlarını daşıyanlar

Cəfər Xəndan

Bakı küçələrinin adlarını daşıyanlardan biri də azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Cəfər Xəndandır.

Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.

Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulub. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşayıb.

Gəncə Pedaqoji Texnikumunu bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, həm də fəhlə fakültəsində müəllimlik edib. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olub, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərib.

Cəfər Xəndan M. F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, “Allahsız” jurnalının, “Ədəbiyyat qəzeti”nin məsul katibi, “Gənc işçi” redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib. Dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

O, 1941-ci ildə səfərbərliyə alınıb, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşub. Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində (“Vo slavu Rodinı”, “Vpered k pobede”, “Boets RKKA”, “Vətən yolunda”) məsul redaktorun müavini olub.

Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasında dosent, eyni zamanda “Kommunist” qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri işləyib. Universitetin Filologiya fakültəsinin dekanı, sonra isə dörd il Azərbaycan Dövlət Universitetinin rektoru olub. 1954–1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. “1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası” mövzusunda dissertasiya müdafiə edib, doktorluq, alimlik dərəcəsi alıb.

“Qırmızı ulduz” (1942), “Qırmızı Əmək Bayrağı” (1946) ordenləri, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. 1961-ci il avqustun 10-da Bakıda vəfat edib. Bakı küçələrindən biri onun adını daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin