Nəşr edilmişdir 12/23/2024

Paylaşın

GÜNDƏM

Təmiz Bakı şəhərinə yaraşmayan qəsəbə – ARAŞDIRMA

Son zamanlar Bakının mərkəzində və müxtəlif ərazilərində geniş təmizlik işləri həyata keçirilir, ekoloji və sağlamlıq cəhətdən mühüm addımlar atılır. Belə ki, mütəmadi olaraq şəhərdə iməcliklər keçirilir, şəhərin təmizliyinə xüsusi diqqət ayrılaraq avadanlıqlar alınır, məişət tullantıları üçün müasir zibilqabları gətirilir. Yeni zibil qabları şəhərin müxtəlif nöqtələrinə yerləşdirilir, parklar, küçələr və ictimai yerlər mütəmadi təmizlənir, həmçinin şəhərin bəzi hissələrində yeni nəsil tozsoranlar vasitəsilə daha effektiv təmizlik işləri görülür. Bununla da, Bakının gözəlliyi, təmizliyi qorunur, o cümlədən insan sağlamlığına təhlükə yarada biləcək xəstəliklərin qarşısı alınır. Bakı Şəhər İcra Hakimiyyətinin bu istiqamətdə fəaliyyəti, rayon icra başçılarına verilən mütəmadi tapşırıqlar da məsələnin vacibliyindən xəbər verir. Bütün görülən işlərə, mövzu ilə bağlı xüsusi həssaslığa baxmayaraq paytaxtın bəzi ərazilərində fərqli mənzərə ilə qarşılaşırıq. Bəzi icra nümayəndələri və onlara nəzarət edən vəzifəli şəxslər yaxasını bu işdən kənara çəkərək həm vətəndaşların sağlamlığını təhlükəyə salır, həm də görülən işləri kölgə altında qoyur.
Baki-baku.az saytı xəbər verir ki, bu cür halların yaşandığı ərazilərdən biri də Xəzər rayonunun Binə qəsəbəsidir. Buradakı vəziyyət olduqca acınacaqlı, narahatedicidir. Təəssüf ki, şəhərin gözəl və təmiz görünməsi üçün atılan addımlar bu ərazilərdə çox zaman göz ardı edilir. Binə qəsəbəsinin bəzi ərazilərində, xüsusilə Atçılıq yaşayış massivində zibil qabları dolub daşır, yol kənarlarında bəzən məişət tullantılarına rast gəlinir. Bu hal təkcə estetik cəhətdən xoşagəlməz deyil, eyni zamanda sağlamlıq üçün ciddi təhlükə yaradır. Bəs görəsən, həmin rayonlardakı yerli idarəetmə qurumlarının bu vəziyytətdən xəbərləri varmı?
Bakı şəhərinin gözəlliyi və təmizliyi üçün bir yandan ciddi səylər göstərilərkən, mühüm addımlar atılarkən, bir yandan bəzi rayon rəhbərliklərinin səmərəsiz fəaliyyətləri işlərə kölgə salır, bu yöndə aparılan siyasətlə ziddiyət təşkil edir. Binə qəsəbəsindəki bəzi ərazilərdə təmizlik işlərinə nəzarətin çox aşağı təşkili ciddi narahatlıq doğurur. Ərazidəki müvafiq orqanların lazımi tədbirləri görməməsi sakinlərə əlavə çətinliklər yaratmaqla yanaşı, şəhərin ümumi təmizlik səylərini də kölgədə qoyur. Bundan əlavə, təmizlik məsələləri yalnız vizual gözəlliklə əlaqəli deyil. Həmin əraziyə cavabdeh vəzifəli şəxslər anlamalıdırlar ki, zibillərin vaxtında götürülməməsi və təmizlənməməsi insan sağlamlığına zərər verə bilər. Bu cür vəziyyətlər çox zaman mikroorqanizmlərin çoxalması, xəstəliklərin yayılması ilə nəticələnir. Zibillərin yaşayış yerlərinə yaxın ərazilərdə yerlərə atılması bununla bağlı təbil zəngi çalmaq üçün kifayətdir. Belə hallar, həmçinin rayonun iqtisadi, mədəni, bir sözlə bütün sahələrdə fəaliyyətinə təsir göstərir. Görünür, Binə qəsəbəsinin icra nümayəndələri və onlara nəzarət edən RİH başçısının müavini bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu da unudub və Bakının ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasında həmrəy olmaq barədə düşünmür.
Sualların cavabını kim verəcək?

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda “Keşlə bazarı”nda söküntü işlərinə başlanılması gələn il fevralın 1-nə qədər təxirə salınıb.Baki-Baku.az bu barədə Azərbaycan Avtomobil Yolları

Ən son

ƏSAS XƏBƏRLƏR

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”

İQTİSADİYYAT

Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.Bununla bağlı

GÜNDƏM, SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Artıq xeyli müddətdir ki, Bakıda küçələrin, parkların, yolların təmizlənməsi istiqamətində işlər görülür, mütəmadi olaraq iməcliklər