“Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasının açılışı üçün hazırlıq işləri görülür. Son tamamlama işlərindən sonra yarmarka yenidən Bakı sakinləri və qonaqları üçün xalqımızın sevimli bayramı Novruzun ab-havasını yaşatmaq məqsədilə qapılarını açacaq.
2019-cu ildən etibarən keçirilən bu yarmarka şəhərimizin mərkəzində bayram ab-havası yaratmaqla yanaşı, eyni zamanda, yardıma ehtiyac duyan ailələrə ümid işığı olur. Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və orada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat isə Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

Xanım Aydın





