Nəşr edilmişdir 12/18/2024

Paylaşın

TARİX

Yeni il nə üçün Yanvar ayının 1-i qeyd olunur?

Yeni il

Dünya əhalisinin böyük əksəriyyətinin qeyd etdiyi Yeni il bayramı, əslində, insanların özlərinin uydurduğu bir tarix olduğunu bilirdinizmi? Hava şərtləri və ya fəsil dəyişiklikləri bu mövzuda rol oynamamaqla yanaşı, bu bayram insan faktoruna əsaslanırmış. Bəs belədirsə yeni ilin tarixi nəyə əsaslanır, nə üçün məhz yanvar ayının 1-i qeyd olunur?! Gəlin birlikdə öyrənək.

Bu, qədim Roma adətlərindən biri olan Roma tanrısı Yanusun bayramından qaynaqlanır. Yanus başlanğıcların, qapıların, keçidlərin, zamanın, ikililiyin, yolların və sonların tanrısı idi. Yanus tanrısı iki əks üzü olan bir şəkildə təsvir olunurdu. Onun bir üzü – qoca olan üzü keçmişə, digər üzü – gənc olan üzü isə gələcəyə baxır, onu simvolizə edirdi.

Yanus Roma panteonunun tanrılarının ən qədimi olduğundan, bir neçə tanrıya həsr olunmuş dualar onunla başlayırdı. Hədiyyələri ilk alan o idi, çünki yalnız bütün girişlərin tanrısını sakitləşdirdikdən sonra digər ali güclərin lütfünə arxalana bilərdi. Yanvarın 1-də Yanus bayramında hamı bir-birinə uğurlar və firavanlıq arzulayırdı, çünki ilk arzuların həyata keçmə şansı daha çoxdur. Həmin gün insanlar onun məbədinə şirniyyat və pul gətirirdilər ki, yeni il uğurlu və zəngin olsun.

Yanvarın 1-də il başlayarkən, bir-birinə xoş və ümidverici sözlər demək, məhz o zamandan adət halını alıb. Bir qədər sonra yanvarın 9-da Romanın Senatı ilə əlaqəli olan “rex sacrorum” adlanan kahinlik Yanusa qoç qurbanı təqdim edirdi.

Ümumiyyətlə ilə isə Yeni ili qışın ortalarında qeyd etmək ənənəsi e.ə.45-ci ildə Qədim Romada Yuli Sezarın təşəbbüsü ilə yaranıb. Yeni qəbul edilən və təsisçisinin şərəfinə Yulian təqvimi adlandırılan təqvimdə hər ay birinin adını daşıyıb. Yanvar ayı da Yanus tanrısının adından götürülüb. Beləliklə yeni təqvim ili yanvarın 1-dən başlayıb. Yeni ili şənlənərək və evləri bəzəyərək qeyd etmək ənənəsi məhz o zamanlar yaranıb.

Bu gün, bir çox insan Yeni ili yanvarın 1-də qeyd etsə də, bəzi mədəniyyətlər və dinlərdə yeni ilin başlama tarixi fərqlidir.
Tarixdən asılı olmayaraq, Bakı-baku.az redaksiyası adından hər bir gələn ilin geridə qoyduğunuz keçən ildən daha uğurlu və dəyərli il olmasını arzulayırıq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi inşa edib.Baki-baku.az bu barədə agentliyə istinadən

Ən son

GÜNDƏM

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Son zamanlar dünyanın mübarizə apardığı məsələlərdən biri də qlobal xəstəliklərdir. COVID-19 pandemiyasının yayılmasından sonra baş