Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/08/2025

Paylaşın

GÜNDƏM

Tanınmış ifaçı: “Bu bayramda mən bütöv Azərbaycanı qeyd edirəm”

B5CF35AA-84B6-4684-AB30-5CC4C62096A0

Bir Azərbaycan vətəndaşı kimi mənim üçün bu bayram bayramların şahdır.
Bu fikirləri Baki-baku.az-a açıqlamasında tanınmış ifaçı İlhamə Qasımova deyib.
Məşhur müğənni Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
O bildirib ki, Zəfər Günü onun üçün ən dəyərli bayramlardan biridir:
“Çünki bu bayramda mən bütöv Azərbaycanı qeyd edirəm. İncəsənət xadimləri üçün ən böyük arzulardan biri o idi ki, işğal altında olan torpaqlarımız azad olunsun və biz ora gedib öz mahnılarımızı ifa edək. Çox şükür ki, bu, bizə qismət oldu”, – deyə müğənni vurğulayıb.
İlhamə Qasımova qeyd edib ki, artıq azad edilmiş ərazilərdə dəfələrlə tədbirlərdə iştirak ediblər və bu bölgələrdə aparılan quruculuq işləri sevindiricidir.
“Şəhərlər, kəndlər yenidən qurulur, abadlıq işləri görülür, ali təhsil ocaqları fəaliyyətə başlayır. Bütöv Azərbaycanın belə sürətli inkişafı bizi sevindirir. Bu sevinci bizə yaşadan bütün əsgərlərimizə, zabitlərə, Ali Baş Komandanımıza təşəkkür edirəm. Şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm”, – deyə o bildirib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin